Icma.az
close
up
RU
Asif Nərimanlı: Şuşanın hər daşı və qayası özündə tarix yaşadır

Asif Nərimanlı: Şuşanın hər daşı və qayası özündə tarix yaşadır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

Şuşanın əsrarəngiz təbiətini, qədim tarixini və özünəməxsus memarlığını qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Şuşa işğaldan azad edilərkən şəhərin tarixi-mədəni irsinə zərər dəyməməsi üçün ordumuzun, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, artilleriya hücumlarından mümkün qədər çəkinməsi və daha çox fərdi döyüş üsullarından istifadə etməsi Şuşanın Azərbaycan üçün mədəni və tarixi əhəmiyyətini göstərən mühüm məqamlardandır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, bu gün Şuşada qayaların, daşların və divarların üzərinə müxtəlif adların yazılması şəhərin mədəni irsinin, memarlığının və tarixinin qorunması baxımından qəbuledilməzdir. Əgər belə hallara vaxtında müdaxilə edilməsə və insanların qayaların, daşların, divarların üzərinə müxtəlif yazılar yazmasına göz yumulsa, bu, müəyyən müddətdən sonra qarşısıalınmaz prosesə çevrilə bilər.

Siyasi şərhçinin sözlərinə görə, belə bir vəziyyətdə ayrı-ayrı şəxslər tərəfindən reklam xarakterli yazıların, eləcə də məqsədəuyğun olmayan digər ifadələrin tarixi məkanlara həkk edilməsi halları arta bilər. Bu baxımdan məsələyə yalnız sadə bir yazı kimi yanaşmaq düzgün deyil, çünki söhbət şəhərin bütövlükdə qorunmalı olan tarixi-mədəni simasından gedir.

“Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkilməsi hadisəsini də bu baxımdan son nümunələrdən biridir. Kino Mərkəzi mədəni-tarixi və memarlıq baxımından əhəmiyyətli abidələrdəndir və onun fasadının korlanması nə hüquqi, nə də mənəvi baxımdan qəbuledilməzdir.

Şuşa isə bütövlükdə Azərbaycanın mədəni-tarixi və memarlıq məkanıdır. Şəhərin hər küçəsi, hər döngəsi, hər daşı, hər qayası özündə bir tarix saxlayır. Buna görə də Şuşada qayaların, daşların və divarların üzərinə müxtəlif yazıların həkk edilməsi tarixi memarlıq irsinə zərər vurmaq deməkdir”, – deyə siyasi şərhçi vurğulayıb.

O bildirib ki, hazırda ayrı-ayrı yazılara göz yumulması gələcəkdə problemin daha geniş miqyas almasına səbəb ola bilər. Bu səbəbdən belə halların ilkin mərhələdə qarşısının alınması, Şuşanın tarixi-memarlıq simasının və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirilməsi vacibdir.

Asif Nərimanlı sonda qeyd edib ki, Şuşanın qorunması yalnız dövlət qurumlarının deyil, şəhəri ziyarət edən hər bir şəxsin məsuliyyətidir. Şəhərin təbiətinə, memarlıq abidələrinə, daşlarına və qayalarına münasibət onun gələcək nəsillərə hansı formada ötürüləcəyini müəyyən edən əsas amillərdən biridir.

Müxbir - Səbinə Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri