Icma.az
close
up
RU
Aşıq Alının aranıb arınan şeirləri

Aşıq Alının aranıb arınan şeirləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gələn il Haqq Aşığı Alının 225 yaşı tamam olacaq. Poeziyanın, aşıq ədəbiyyatının pərvanələri onu zirvə şairi kimi tanıyır, gəraylı, qoşma, təcnis və digər janrlarda yazdığı şeirlərini sevə-sevə oxuyurlar.

Aşıq Alının yaradıcılığı indiyədək geniş tədqiq edilib, haqqında yazılan, eləcə də seçmə şeirlərindən ibarət olan neçə-neçə kitab çıxıb. Bunlardan biri də 2020-ci ildə araşdırmaçı şair-publisist İlham Qəhrəmanın müxtəlif mənbələrdən onun şeirlərini toplayıb tərtib etdiyi “Nə qaldı” kitabıdır. 500 nüsxə tirajla çap olunmuş həmin kitab əvvəlkilərdən cinasların daha düzgün qurulması və hər bir çətin cinasa ətək şərhinin verilməsi ilə seçilir. Təsadüfi deyil ki, az vaxtda satılan “Nə qaldı”dan əldə arxiv üçün cəmi bir neçə nüsxə qalıb.

Bizimlə söhbətində İlham Qəhrəman bildirdi ki, eyni zamanda, Haqq Aşığının qohumları ona etibar edərək, əldə-ovucda saxladıqları şeirlərini (əsasən təcnisləri) vermişdilər. 400 səhifəlik kitab aşıq şeirinin düzülüş ənənəsinə uyğun olan ardıcıllıqla – ustadnamələrlə başlayıb, divani, qıfılbənd və bağlamalarla – tamamlanırdı. Kitaba sonda “Sözlük” də əlavə edilib ki, oxucu çətin anlaşılan sözləri, dini-mifoloji məfhumları, ərəb və fars tərkibli ifadələrin mənasını öyrənmək üçün uzağa getməsin.

İlham Qəhrəmanın daha sonra dedikləri:

– Kitaba “Könül işi” adlı geniş ön sözüm də gedib. Orada yazmışam: “Aşığın anası Fatma xanıma həsr etdiyi şeirdən gəlib əlimizə çatan bir bu sağır bənd qalıb:

Övladın qəhrinə ana dayanar,
Çəksə də ətəyin ha yana, yana.
Özgə gələr, ağız ağlar yan keçər,
Ana candan ağlar ha yana-yana.

Amma bir məclisdə Göyçənin Ardanış kəndindən olan Aqil Kərimov mənə dedi ki, bəs, sən ön sözündə Alının anasına həsr etdiyi şeirin bir bəndini vermisən. Qeyd edim ki, o sağır bənd Aşıq Alının qohumu şair Telman Hüseynin dilindən yazılmışdı – mən şeiri bütöv əzbər bilirəm.

Aqil müəllimin bu xəbəri məni çox sevindirdi. Telefonu açıb onun söylədiyi həmin dodaqdəyməz təcnisi səs yaddaşına köçürdüm. Şeir tam olaraq belədir:

HA YANA, YANA

Övladın qəhrinə ana dayanar,
Çəksə də ətəyin ha yana, yana.
Özgə gələr ağız ağlar yan keçər,
Ana candan ağlar ha yana-yana.

Ata-ana kainatla yarıdı,
Səxasından yarananlar yarıdı,
Naqis canan yaxşı günün yarıdı,
Analar hər anı hayana yana!

Ata şahdı – tanı, Alı, a nadan,
Atasansa, nə ata, nə ana dan.
Canda nəsə keçir ata-anadan,
Atalardı irsə hayan, ay ana.

Bu görüşdən sonra məndə belə bir qənaət hasil oldu ki, kitab bir də çap olunmalıdır. Odur ki, yenidən gümanım gələn mənbələrə nəzər etdim. Və bir gün “Dədə Ələsgər Ədəbi Məclisi”nin təşkil etdiyi tədbirdə daha bir xoş təsadüf oldu. Bir nəfər Məclisin rəhbəri, Aşıq Ələsgərin nəticəsi Xətai müəllimə “Azərbaycan ədəbiyyatı inciləri” adlı kitab bağışladı. Tərtibçisi Elxan Məmmədli olan kitabı xahişlə Xətai müəllimdən aldım ki, baxıb qaytararam. Evə gəlib kitabı vərəqləyəndə məlum oldu ki, Aşıq Alı Qızılvənglinin adına verilmiş 2 təcnis bizim tərtib etdiyimiz kitaba düşməyib. Həmin təcnislər bunlardır:

CAN CANDAN AYRI

Eşqin fəraqından cismim kül oldu,
Əzabı hiss etməz can candan ayrı.
Şəmsi qiyafəndən təcrid eyləmə,
Zalım, yaşayarmı can candan ayrı?!

Dəhşət olar bir də alsa yara nar,
Üz baxçandan peşkəş eylə yara nar,
Qiyamətlər qopar, məhşər yaranar,
Həmgiryan yaşasa, can candan ayrı.

Alı piran oldu şahanə qaldı,
Bir kəfəndən qeyri şaha nə qaldı?!
Heyif ki, bilmirsən, şaha, nə qaldı,
Ucbatından düşdü, can, candan ayrı.

AY ATA MƏNİ

Pərvanə yanmasa naləsi kəsməz,
Yar firqəti oda ay ata məni.
Qüdrətimi rüsxətində taparam,
Rüsxət ver, suvar et ay ata məni.

Saxlayar mizanda qal, ayar yarı,
Çox salıbdı qeyli-qala yar yarı.
Yar firqəti oda qalayar yarı,
Salma nəzərindən, ay ata, məni.

İbtidadan peyman etdim qal andı,
İqbal yatdı qəm-qəm üstə qalandı,
Güman etmə Alı Türkdə qalandı,
And vermə Qurana, ayata məni.

İlham Qəhrəmanın dediyinə görə, o, bu xəbəri Aşıq Alının bacısı Pəri xanımın vaxtilə Vediyə gəlin köçən nəvəsi Şəkər xanımın 1948-ci ildə Bərdəyə köçürülən nəvəsi şair Telman Hüseynə çatdırıb. Telman Hüseyn xəbərdən çox sevinib və deyib ki, “Nə qaldı” kitabı çap olunandan sonra o da Alının bir təcnisini tapıb...

(ardı var)

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2025 02:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri