Icma.az
close
up
RU
Aşıq Alının aranıb arınan şeirləri

Aşıq Alının aranıb arınan şeirləri

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

(əvvəli qəzetin 16 fevral tarixli sayında)

Məlum oldu ki, Pərinin Gədəbəy rayonunun Slavyanka kəndində məskunlaşan nəvəsi mərhum Səməd İsmayıloğlu həmin təcnisi Bərdənin Otuzikilər kəndinə, Telman Hüseynə göndərib. Təcnis aşağıdakı kimidir:

BİR AY ƏMƏNDƏ

Açanda gözümü cahani-cövrə
Fəhmim kara gəldi bir ay əməndə.
Müqəddəs sinənin mehmanı oldum,
Anladım anlamı bir aya mən də.

Rəqibdə bir məzac yaradan maram,
Vurram can evinə yara, danmaram,
Könül verdiyimi yara danmaram,
Bir ayə ondadır, bir ayə məndə.

Birdir bu aləmdə nizam, ikimi?!
Nizam olmaz dünya nizamı kimi.
Nəsimi, Füzuli, Nizami kimi
Alıyam, kaş yazam bir ayə mən də.

Gümanımız gələn ayrı bir mənbə isə Mürsəl İsmayıloğlu Həkimovun toplayıb yazıya aldığı “Xalqımızın deyimləri və duyumları” kitabı oldu. Mərhum alim vaxtilə Aşıq İmran Həsənov və Aşıq Mahmud Məmmədovun repertuarında “Aşıq Alının Türkiyə səfəri” dastanını yazıya alıb. Dastanda Aşıq Alının ustadı Ağ Aşığa həsr etdiyi “Məni” rədifli bir müxəmməsi və ata-anasına xitabən yazdığı daha iki qoşması (“Atacan”, “Anacan”) diqqətimizi çəkdi, hansı ki o şeirlər də “Nə qaldı” kitabında yoxdur. Haqqında bəhs edilən müxəmməsin ilk bəndini oxucuların nəzərinə çatdırırıq:

Mən bimaram, ustam təbib,
gözlər məlhəm, çara məni,
Onsuz firavan dolansam,
görsün günü qara məni,
Çatdırıbdı qüdrətiylə,
hazır bəhrə-bara məni,
Mehrin məndən kəssə bir an,
dağda-daşda ara məni,
Xidmətində zay olanda,
atın aşkar nara məni.

Bundan sonra Aşıq Alının bir şeirindəki sözün mənasını internet üzərindən axtararkən “Şairlər yurdu – Aşıqlar diyarı” adlı bir kitabın (Bakı, Elm və təhsil, 2022) elektron versiyasıyla qarşılaşdım. Kitabda Aşıq Alının ağbulaqlı dostu Hacı Hüseynə həsr etdiyi qoşması da verilib. Şeir Hacı Hüseynin Aşıq Alıya at bağışlaması münasibətilə yazılıb:

Bu dari-dünyada, Göyçə elində
Hörmətdə, izzətdə birsən, ay Hajı.
Sənə qismət verif xaliqi-sübhan,
Həqiqət yolunda şirsən, ay Hajı.

Başı yığıncaxlı, cövrü-cəfalı,
Qohuma-qonşuya, dosta vəfalı.
Qonaxlı-qaralı, Hatəm səxalı,
Süfrələr açmaxda birsən, ay Hajı...

Tanıyır el-ova düz insan səni,
Tutammaz şöhrətdə nə bəy-xan səni,
Azmı eyləmişəm imtahan səni?
Ərrər meydanında ərsən, ay Hajı.

Süfrəsi, dövləti, halal əməyi,
Yüzdüklər xərcdiyər, əsməz ürəyi.
Yetimlər köynəyi, yoxsul çörəyi,
Əvvəldən bir açıx dərsən, ay Hajı.

Yanında xəcalət bil Aşıx Alı,
Bağışda, sən allah, bu qeylü-qalı.
Seyiddən, molladan eylə daldalı,
Vallah ziyarətsən, pirsən, ay Hajı.

“Xaqımızın deyimləri və duyumları” kitabında Mürsəl Həkimov Alının irsi haqqında yazır: “Biz əminik ki, saz-söz vurğunu, şeirlə nəfəs alan, qədirbilən oxucularımız Aşıq Alının hələ də itib-batmaq qorxusu olan gəraylı, qoşma, təcnis, divani, bayatı və müxəmməslərini sinədəftər bilənlərdən yazıya alsalar, aşıq ədəbiyyatının inkişafına xeyirxah xidmət göstərmiş olarlar”. Dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirik ki, bu günlərdə azman aşığın daha bir cinas gəraylısını əldə etmişik. Gəraylını 2013-cü ildə rəhmətlik Sərraf Şiruyə İctimai televiziyanın “Ozan” verilişində səsləndirib.

İlham Qəhrəman sonda dedi ki, beləliklə, bu gün Aşıq Alının indiyə qədər çap olunan kitablarının ən mükəmməlini çap etmək üçün onun müxtəlif mənbələrdən götürülmüş 9 şeiri, 6 qıfılbənd bayatısı və bir neçə digər nümunə artıq əlimizin altındadır. İnşallah, Haqq Aşığının yenilənmiş “Nə qaldı” kitabı tezliklə oxucuların ixtiyarına veriləcək.

Biz Aşıq Alının doğumunun 225 illik yubileyi ərəfəsində onun irsinin toplanıb günümzə daşınmasında az-çox xidmət göstərmiş Hüseyn Arifi, Hüseyn İsmayılovu, Qabil Zimistanoğlunu və Azərbaycan KP MK-nın qərarı ilə 1982-ci ildə çap olunan “Aşıq Alı” kitabını hazırlayanları minnətdarlıq hissiylə yad edirik. Ən azından, Aşıq Alının bizdən əvvəl çap edilən kitabları hansısa şeirin müqayisəli şəkildə düzgün bərpasına kömək edir.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:349
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri