Icma.az
close
up
RU
Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının iclaslarından biri AMEAda keçiriləcək AZƏRTAC

Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının iclaslarından biri AMEAda keçiriləcək AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında ölkəmizin elmi qurumunu təmsil edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Asiya Elmlər Akademiyasının Baş Assambleyasının iclasını bu təşkilatın Nizamnaməsinə əsasən tədbirin keçirdiyi ölkənin – Filippin Elm və Texnologiya Akademiyasının prezidenti professor Jaime Montoya açıb. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev rəhbərlik etdiyi və 34 ölkənin elmlər akademiyalarını əhatə edən elmi qurumun üçillik fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib. Baş Assambleyanın plenar iclasında Cənubi Koreya Elm və Texnologiya Akademiyasının prezidenti professor Dohan Kim, Sinqapur Milli Universitetinin Elmi Tədqiqat Mərkəzinin direktoru professor B.Çovdari, Tokio Universiteti Araşdırma İnstitutunun direktoru Kenji Satake, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs ediblər.

Baş Assambleya çərçivəsində “Elmdə rəqəmsal transformasiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Türkiyə, Azərbaycan, Rusiya, Yaponiya, Hindistan, Malayziya, Tailand, Nepal Elmlər akademiyaları və universitetlərinin rəhbərləri və tanınmış alimlərinin, Asiya İnkişaf Bankının və Asiya İnformasiya Agentliyinin nümayəndələrinin məruzələri və çıxışları dinlənilib.

Sonra Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının 2027-2030-cu illər üzrə rəhbər heyətinin seçkiləri keçirilib. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının növbəti dövr üçün prezidentliyinə İndoneziya Akademiyası tərəfindən namizədliyi irəli sürülmüş professor Satryo Soemantri Brodjoneqoronun və Malayziya Elm və Texnologiya Akademiyasının prezidenti professor Rofina Yasmin Othmanın namizədliyi müzakirə olunub. Səsvermənin nəticələrinə görə İndoneziyanın elm və təhsil naziri professor Satryo Soemantri Brodjoneqoro Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti seçilib.

Baş Assambleyanın iclasında, həmçinin Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının vitse-prezidenti və altı nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçiliblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Filippin və Yeni Zelandiya Elm və Texnologiya Akademiyalarının prezidentləri ilə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Baş Assambleyanın iclasında Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının iclaslarından birinin AMEA-da keçirilməsi qərara alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2076

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see270

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see226

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see186

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see147

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri