ASK: Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən sahibkarların 5,2 faizi qadınlardır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 20 may, AZƏRTAC
Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin 5,2 faizi qadınlardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 10-cu biznes-forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən sahibkar qadınların 28,6 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz iqtisadi rayonlarında qeydiyyatdan keçib.
“Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin isə 5,2 faizi qadınlara məxsusdur. Bu qürurverici göstəricidir və əminik ki, onların sayı getdikcə artacaq”, - deyə M.Musayev vurğulayıb.
Baxış sayı:146
Bu xəbər 20 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















