Icma.az
close
up
RU
Aslan şəhid olacağını bilirdi Suqovuşanda düşmənin 3 tankını məhv edən qəhrəman VİDEO

Aslan şəhid olacağını bilirdi Suqovuşanda düşmənin 3 tankını məhv edən qəhrəman VİDEO

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq, birlik və qətiyyət simvoluna çevrildi. İllərlə işğal altında qalan torpaqların azadlığı uğrunda aparılan müharibədə Ordunun rəşadəti, xalqın birliyi və Ali Baş Komandanın dəmir iradəsi sayəsində Azərbaycan tarixi Zəfərə imza atdı. Qarabağ və ətraf rayonlar işğaldan azad edildi, illərin həsrətinə son qoyuldu. Bu yolda canından keçən qəhrəmanlardan biri də Aslan Hüseynovdur.

APA-nın Qarabağ bürosunun əməkdaşları Tərtər rayonunun Qaradağlı kəndində şəhidin valideynləri ilə görüşüblər.

Ailə üzvləri şəhidin həyatı və şərəfli döyüş yolu haqqında danışıblar. Aslanın atası Malik Hüseynov uzun illərdir müharibənin yaratdığı problemlərdən əziyyət çəkir. Hələ birinci Qarabağ müharibəsi illərində onların ailəsi zərər görüb, qardaşı əlil olub.

Aprel döyüşlərində yaralansa da o, bu yoldan dönməyib

M. Hüseynov ailədə böyüyən övladların vətənpərvərlik ruhunda yetişdiyini bildirib. Həmişə vətənpərvərliyi ilə seçilən Aslan hərbi xidməti başa vurandan sonra müddətdən artıq hərbi xidmət edən qulluqçu kimi həyatını hərb sənətinə bağlayıb. 2016-cı il Aprel döyüşlərində yaralansa da o, bu yoldan dönməyib.

Gizir hazırlığı kursunu başa vurub xidmətini davam etdirib. 2020-ci il Vətən müharibəsində Suqovuşan döyüşlərində düşmənin 3 tankını məhv edib. Sentyabrın 30-da şəhid olub.

Malik Hüseynov deyir ki, Aslan şəhid olacağını bilirdi: “Sentyabrın 23-də evə gəlmişdi. Dostu ilə Tərtərin bütün küçələrini gəzmişdi. Ona şəhid olacağını demişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin. Vətən sağ olsun”.

Anası İradə xanım deyib ki, onun üçün Aslan haqqında danışmaq çətin olsa da oğlu ilə fəxr edir, qürurludur: “"Vətən sağ olsun", deyib, övladlarımızı cəbhəyə yolladıq. Aslanla bərabər digər oğlumu da yola salmışdıq. İkisi də ön cəbhədə idi. Biri şəhidlik zirvəsinə ucaldı, digəri sağ-salamat gəldi...

Aslan Vətənini sevən, Vətənə bağlı oğul idi. Çox məsuliyyətli idi. Özü də bilirdi şəhid olacaq. Deyirdi ki, erməni kimdir ki, bizim torpaqlarımız onların tapdağı altında qalsın. Aslan cəsur oğlan idi. Aprel döyüşlərində yaralansa da, qayıtmaq istəmədi.

Bu gün ürəyimdə nisgil var, amma qürurluyam. Aslan haqqında danışmaq nə qədər çətin olsa da, qürurla danışıram. Şəhid elin şəhididir. Azərbaycanın Qarabağ kimi yarasına mənim oğlumun timsalında 3000 mindən artıq şəhid məlhəm oldu. Ana kimi həmişə qürurlanıram, amma onların nisgili, yarası gedən deyil. Vətən sağ olsun.

Aslanın iki övladı – bir oğlu, bir qızı yadigar qalıb. İnanıram ki, atalarının adına layiq övlad olacaqlar”.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aslan Hüseynov Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Aslan Hüseynova sağlığında isə “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri