Icma.az
close
up
RU
Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” ÖZƏL

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” ÖZƏL

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İran atəşkəs mövzusunda razılıq əldə etsə də, tərəflərin bir-birinə qarşı irəli sürdüyü tələblər arasında ciddi fikir ayrılıqları mövcuddur.
Xüsusilə də, müharibə dövründə İranın uranı zənginləşdirməsinə ABŞ-ın sərt reaksiyası olsa da, İran uran zənginləşdirməyə davam edəcəyi bildirilir. Üstəlik, Livan məsələsində də tərəflər arasında ciddi fikir ayrılığı var.
Belə olduğu təqdirdə razılaşma necə əldə ediləcək?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Cənubi azərbaycanlı politoloq Aslan Sultani cavablandırıb. Sultani hesab edir ki, müharibənin bitməsi və yekun razılaşma hələ tam dəqiqləşməyib.
“İranın irəli sürdüyü təkliflərə baxdıqda (istər 10, istərsə də 15 bəndlik təkliflər) onların uyğunlaşdırılmasının olduqca çətin olduğu görünür. Xüsusilə də Hörmüz boğazı məsələsinin necə həll olunacağı sual altındadır. Eyni zamanda ABŞ bazalarının bağlanması və digər məsələlər də müzakirə mövzusudur”.
Sultani hesab edir ki, İrana qarşı sanksiyaların ləğvi isə yalnız ABŞ prezidentindən deyil, daha çox Konqresdən asılıdır:
“Bu səbəbdən bunlar ön şərt kimi irəli sürülür və hələ geniş müzakirə olunmalıdır. Hazırda isə atəşkəs belə tam reallaşmayıb. Həm Livanda, həm də İran ətrafında hücumlar davam edir. Bu vəziyyət davam edərsə və ABŞ-ın tələbləri yerinə yetirilməzsə, İslamabadda keçirilməsi planlaşdırılan görüşün də ləğv olunması ehtimalı var. Ümumilikdə razılaşma məsələsi hələ qeyri-müəyyəndir, çünki heç nə yekunlaşmayıb”.
Sultani hesab edir ki, ABŞ-la yanaşı İsrail amili də mühüm rol oynayır:
“İsraillə bağlı problem həll olunmadan bu prosesin yarımçıq qalma ehtimalı yüksəkdir. Əgər belə olarsa, tərəflər prosesi hərbi yollarla davam etdirməyə meyl edə bilərlər. Hətta “iki həftəlik razılaşma” kimi təqdim olunan məsələnin fonunda quru əməliyyatlarının başlanması ehtimalı da istisna deyil.
Görünən odur ki, İran daxilində də müəyyən qüvvələr bu vəziyyəti fürsət kimi qiymətləndirərək qarşı tərəfə müəyyən imkan yaratmaq niyyətindədir. Eyni zamanda ABŞ tərəfi İranın tam təslim olduğunu iddia edir və bu gün də müzakirələrin davam edəcəyi bildirilir. Lakin ümumi vəziyyət qeyri-müəyyən olaraq qalır”.
Analitik əlavə edib ki, ehtimal olunur ki, proses müəyyən mənada Çinin təzyiqi altında bu şəkildə davam etdirilir:
“Hazırkı mərhələdə konkret nəticə çıxarmaq və qərar vermək hələ tezdir. Çox həssas, riskli və kövrək bir keçid dövründən söhbət gedir. Bu, daha çox müvəqqəti atəşkəsi xatırladır.  Əslində bu vəziyyət müəyyən mənada Rusiya–Ukrayna müharibəsindəki kimi müvəqqəti fasiləni xatırladır.
Danışıqlar davam etsə də, tərəflərin mövqeləri maksimalistdir: həm ABŞ, həm də İran ciddi güzəştlərə getmək istəmir və bu da razılaşmanı çətinləşdirir. İranın irəli sürdüyü şərtləri ABŞ qəbul edərsə, bu, faktiki olaraq geri addım kimi qiymətləndirilə bilər. Bunun baş verməsi isə real görünmür. Bu səbəbdən də münaqişənin yenidən alovlanması ehtimalı yüksəkdir”.
Tehran Orucoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Aprel 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri