Icma.az
close
up
RU
AŞPA ATƏT PAnın Azərbaycanla bağlı tutduğu ədalətli mövqeyi sarsıtmağa çalışır RƏY

AŞPA ATƏT PAnın Azərbaycanla bağlı tutduğu ədalətli mövqeyi sarsıtmağa çalışır RƏY

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

AŞPA ATƏT PA-nın Azərbaycanla bağlı tutduğu ədalətli və obyektiv mövqeyi sarsıtmağa çalışır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev qurumun Maltada keçirilən Büro iclasını şərh edərkən deyib.

Deputat bildirib ki, indiyə qədər heç bir ölkədə keçirilən seçkilər ATƏT PA-nın aidiyyəti strukturlarında iki dəfə müzakirə edilməyib:

“Bildiyiniz kimi, ATƏT PA-nın Skandinaviya və Baltikyanı ölkələrdən - Danimarka, Finlandiya, Norveç, İsveç, İslandiya, Estoniya və Litvadan olan nümayəndə heyətlərinin rəhbərləri qurumun prezidenti Pia Kaumaya rəsmi məktubla müraciət ediblər. Onlar Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələnin Büro iclasının gündəliyinə salınmasını tələb ediblər və ona görə də məsələ müzakirəyə çıxarılıb.

Azərbaycandakı seçkilərin oktyabrın 2-də Daimi Komitədə müzakirə edilməsinə və seçkilərdən artıq üç ay keçməsinə baxmayaraq, bu məsələ Büro iclasının gündəliyinə daxil edilib. Məktubu imzalayanların bəziləri həm də AŞPA-da təmsil olunduqları üçün onlar ATƏT PA-nı AŞPA-nın çirkin oyunlarına alət etmək istəyirdilər”.

Azay Quliyev

“Məlumdur ki, cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsinə səs verən AŞPA-nın 26 ölkəsindən olan 76 deputatı haqlı olaraq arzuolunmaz şəxs elan edilib və onların Azərbaycana girişi qadağan olunub.

Məktubda adları çəkilən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bu şəxslərin Azərbaycanın əleyhinə verdikləri bədnam qərarı əsaslandırmağa çalışırdılar. Onlar ölkəmizin maraqlarını və şərtlərini nəzərə almadan “arzuolunmaz” deputatlarla bağlı qərarın birtərəfli qaydada dəyişdirilməsi üçün ATƏT PA-nın çağırış etməsini və AŞPA ilə həmrəylik nümayiş etdirməsini istəyirdilər. Həmin məktubda onlar hətta Türkiyəni də tənqid etməyi unutmayıblar”, - o qeyd edib.

A.Quliyevin sözlərinə görə, bu, AŞPA-nın ATƏT PA-nın Azərbaycanla bağlı tutduğu ədalətli və obyektiv mövqeyi sarsıtmağa, özünün yanlış siyasətinə bu qurumu da şərik etməyə yönəlmiş ilk cəhdi deyil:

“Belə ki qərəzli mövqeyinə görə Azərbaycanda bu il keçirilən hər iki seçkilərin müşahidəsinə dəvət edilməyən AŞPA ATƏT PA-nı seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi və onunla həmrəy olması üçün çirkin metodlara, o cümlədən şantaja əl atdı, lakin heç nəyə nail ola bilmədi.

Bu dəfə də onların Azərbaycana qarşı “AŞPA oyunu” baş tutmadı və ATƏT PA-nın Bürosu yeddi ölkədən olan nümayəndə heyətinin qaldırdığı məsələni geri çevirdi”.

Komitə sədri bu şəxslərin növbəti iclaslarda Azərbaycan əleyhinə hər hansı yeni təşəbbüs irəli sürəcəklərini tam istisna etməyib:

“ATƏT PA-nın Prezidenti, bir sıra Büro üzvləri və Baş Katibi ilə müvafiq müzakirələr aparıldı. Azərbaycanın haqlı mövqeyi, yəni nümayəndə heyətimizin mandatı təsdiq olunmayana qədər məlum qərarın dəyişməsinin mümkünsüzlüyü qeyd edildi.

Ən əsası, AŞPA-nın yol verdiyi səhvlərə və ikili standartlara ATƏT PA-nın alət edilməsinin yolverilməzliyini həmkarlarımın diqqətinə çatdırdıqdan sonra Büro məktubda qaldırılan məsələyə baxmaqdan imtina etdi. Lakin Büronun növbəti iclaslarında bu məsələnin yenidən qaldırılması istisna deyil”.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see136

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri