Icma.az
close
up
RU
AŞPA da yeni təşəbbüslər münasibətləri daha da gərginləşdirir

AŞPA da yeni təşəbbüslər münasibətləri daha da gərginləşdirir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan addımları tənqid edib.

Strasburqda keçirilən iclasda Azərbaycan parlamentinin “Euronest”dən çıxması və Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması məsələsi müzakirə olunub.

Deputatlar bildiriblər ki, Avropa İttifaqının və Avropa Parlamentinin son qərarları Bakı ilə münasibətlərdə böhranın dərinləşməsinə səbəb olub.

Kristian Terheş Avropa Parlamentini Azərbaycana qarşı qətnamələrdən siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib və bunun “geosiyasi səhv” olduğunu bildirib. Başqa deputatlar isə Aİ-nin enerji və regional əməkdaşlıq baxımından Azərbaycanla münasibətlərdə daha praqmatik yanaşma sərgiləməli olduğunu deyiblər.

Politoloq İlqar Vəlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu dinləmələr və son çıxışlar bir daha göstərir ki, Avropa siyasi birliyinin daxilində yanaşmalar tək rəngli deyil.

Onun sözlərinə görə, orada həm praqmatik düşünən, reallığı daha sakit və ölçülü qiymətləndirən insanlar, həm də emosional və bəzən birtərəfli yanaşmalarla mövqe bildirənlər mövcuddur. Lakin təəssüf ki, birinci qrupun səsi çox vaxt ikinci qrupun yaratdığı ümumi atmosferdə ya zəifləyir, ya da ümumiyyətlə eşidilmir.

Vəlizadənin fikrincə, məhz bu səbəbdən, Avropa Şurası Parlament Assambleyası ilə bağlı müzakirələrdə tez-tez belə bir fikir önə çıxır ki, Azərbaycanın mövqeyi ya kifayət qədər təqdim olunmur, ya da, ümumiyyətlə, nəzərə alınmır. Hətta daha sərt yanaşmalar da var ki, Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyən şəxslər belə proseslərin içində sanki görünməz qalır. Yəni məsələ təkcə dəstək və ya dəstəyin olmaması deyil, ümumilikdə səsin eşidilməməsi problemidir.

Politoloqun sözlərinə görə, hazırda bir böhranlı vəziyyətin davam etdiyi müşahidə olunur və Azərbaycan artıq həmin qurumla münasibətlərində müəyyən mənada dayandırma və ya fasilə qərarı vermiş vəziyyətdədir. Bununla belə, o qeyd edir ki, maraqlar tamamilə itmiş deyil. Əksinə, ayrı-ayrı ölkələrlə Azərbaycan arasında münasibətlər inkişaf edir, Avropa İttifaqı ilə əməkdaşlıq genişlənir, Avropanın müxtəlif dövlətləri ilə əlaqələr daha konkret və praktik formatda davam edir. Hətta Avropa Şurasının bir sıra üzv ölkələri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq sazişləri də mövcuddur və bu münasibətlər məhz bu çərçivədə irəliləyir.

“Belə olan halda ortaya belə bir sual çıxır: qərəzli və balanssız mövqe kimə xidmət edir? Aydındır ki, bu yanaşma nə Avropa siyasi birliyinin ümumi nüfuzuna, nə də həmin qurumların özünə uzunmüddətli fayda gətirir. Əksinə, bu cür mövqelər onların beynəlxalq etibarlılığına təsir göstərir və nəticədə öz nüfuzlarını özləri zəiflətmiş olurlar”, – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, burada bir növ ikili vəziyyət yaranır: bir tərəfdən Avropa İttifaqı ilə və Avropanın ayrı-ayrı ölkələri ilə yüksək səviyyəli, praktik əməkdaşlıq mövcuddur və bu real nəticələr verir, digər tərəfdən isə siyasi müstəvidə dialoq ya zəifləyir, ya da tamamilə dayanır. Bu isə təbii olaraq belə bir sualı gündəmə gətirir: bu vəziyyət kimin xeyrinədir? Onun fikrincə, dialoqdan imtina edən tərəflər də uzunmüddətli perspektivdə qazanan tərəf olmur.

İlqar Vəlizadə xatırladıb ki, son dövrlərdə AŞPA daxilində Vardanyanla bağlı yeni təşəbbüslərin irəli sürülməsi, ona Vatslav Havel adına mükafat verilməsi ilə bağlı təkliflərin səsləndirilməsi də əlavə gərginlik yaradan məqamlardan biri kimi qiymətləndirilir. Onun fikrincə, bu cür təşəbbüslər onsuz da həssas olan Azərbaycan–Avropa münasibətlərinə, xüsusilə də AŞPA ilə əlaqələrə əlavə yük gətirir və vəziyyəti daha da mürəkkəbləşdirir.

“Belə bir fonda "top Avropa siyasətçilərinin tərəfindədir" fikri daha çox simvolik xarakter daşıyır. Çünki indi seçim mərhələsidir: ya yanaşmalar dəyişməli, daha realist və balanslı xətt tutulmalıdır, ya da mövcud vəziyyət olduğu kimi davam edəcək. Amma bu halda da nəticə dəyişmir — siyasi dialoq faktiki olaraq donmuş vəziyyətdə qalır”, – deyə o bildirib.

Politoloqun sözlərinə görə, daha geniş baxdıqda bu məsələ təkcə Azərbaycanla məhdudlaşmır, ümumilikdə dünyada gedən proseslərə yanaşma tərzi ilə bağlıdır. Bir tərəfdə reallıqları qəbul edən yanaşma, digər tərəfdə isə daha çox xəyali çərçivələr üzərindən qurulan siyasi baxış mövcuddur və problem də məhz buradan başlayır.

İlqar Vəlizadə deyib ki, enerji keçidi, Çinlə münasibətlər, qlobal iqtisadi balanslar və beynəlxalq sistemdə baş verən dəyişikliklər dünyanın artıq çoxşaxəli və mürəkkəb mərhələyə daxil olduğunu göstərir

. Bu mərhələdə isə yalnız istək və ya siyasi xəyal kifayət etmir. Reallıqla uzlaşmayan yanaşmalar isə nəticə vermir.

“Buna görə də ümumi mənzərə yenə eyni nöqtəyə çıxır: nəticə göz qabağındadır”, – deyə İlqar Vəlizadə fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 May 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri