Icma.az
close
up
RU
Şirniyyata olan həvəsi azaldan QİDALAR

Şirniyyata olan həvəsi azaldan QİDALAR

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Vanderbilt Universitetinin Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, gündəlik çərəz qəbulu gənc yetkinlərdə şirniyyata olan tələbatı azaldır və metabolik sindrom riski daşıyan insanlarda qidalanma keyfiyyətini yaxşılaşdırır.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Araşdırmada 22-36 yaş arası, artıq çəkisi olan və metabolik sindrom risk faktorlarından ən az biri müşahidə edilən 84 nəfər iştirak edib. Metabolik sindrom yüksək qan təzyiqi, qarın piylənməsi, lipid profilində pozuntu və insulinə həssaslığın azalması ilə xarakterizə olunan vəziyyətdir.

İştirakçılar 16 həftəlik sınaq müddətində iki qrupa bölünüb. Birinci qrupa ara-sıra qida kimi müxtəlif çərəzlər (badam, qoz, fıstıq, pikan, keşyu və s.) qəbul etmək tapşırılıb. İkinci qrup isə adi karbohidrat əsaslı qəlyanaltılar peçenye, kraker, şokolad batonları və digər oxşar məhsullar yeyib. Hər iki qrupun qəlyanaltılarının kalori dəyəri eyni olub.

Nəticələr göstərib ki, çərəz qəbul edən qrupda şirniyyata və fastfuda qarşı kəskin istək əhəmiyyətli dərəcədə azalib. Bu dəyişikliklər həmçinin şirniyyat və duzlu qəlyanaltıların istehlakının azalması, eləcə də zülal tərkibli qidaların payının artması ilə müşayiət olunub. Karbohidrat əsaslı qəlyanaltılar yeyən nəzarət qrupunda isə qida seçimlərində nəzərəçarpan dəyişiklik qeydə alınmayıb, hətta meyvə istehlakı bir qədər aşağı düşüb.

Tədqiqatçılar bildirirlər ki, qidalanmada aparılan kiçik bir dəyişiklik, qəlyanaltı kimi çərəz seçmək metabolik riskin ilkin əlamətlərini daşıyan insanlarda qida davranışını yaxşılaşdırmağa və yüksək kalorili “zövq üçün yeməklərin” istehlakını azaltmağa kömək edə bilər.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see376

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see288

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see282

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see271

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see226

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see224

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see224

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see213

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see212

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see193

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see180

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see176

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see170

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see168

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see167

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see165

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see161

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see152

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see145

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri