Icma.az
close
up
RU
Qəbələ nin kapitanı: Baxımlı futbol oynayırıq, sonunu gətirə bilmirdik

Qəbələ nin kapitanı: Baxımlı futbol oynayırıq, sonunu gətirə bilmirdik

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Qəbələ"nin kapitanı Murad Musayev Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan" üzərindəki qələbəsini şərh edib:

"Bizim üçün çox vacib və əhəmiyyətli oyun idi, mütləq şəkildə qalib gəlməliydik. Bunun üçün də çox çalışmalı, çox əziyyət çəkməli idik. Diqqətli oynayaraq, meydanın hər qarışı uğrunda mübarizə aparmalıydıq. Maksimum xal qazanmaq istəyirdik. Bunu da etdik. Bu görüşdə komandanın istəyi və əzmkarlığı əvvəlki oyunlara nisbətən daha çox, daha yaxşı idi. Bunun da nəticəsində qələbə qazana bildik. "Araz-Naxçıvan" çox keyfiyyətli komandadır, heyətində çox yaxşı oyunçular var. Onların oyunçularına baxanda, heyət göstərir ki, çox təhlükəli, yaxşı komandadır. Həftəboyu bu oyuna çox ciddi və çox yaxşı hazırlaşmışdıq ki, qələbə qazanaq. İstəkli olmağımız bizə nəticəni qazandırdı".

Musayev komandasının Premyer Liqadakı ümumi performansını da şərh edib: "Əksər oyunlara baxsaq, komandamız yaxşı futbol oynayırdı. Baxımlı futbol nümayiş etdirirdik, düşünülmüş hücumlar reallaşdırırdıq. Amma sonunu gətirə bilmirdik. Bu da bir az qol vurmağımıza problemlər yaradırdı. Düşünürəm ki, əlbəttə əvvəlki matçlarda da daha yaxşı nəticə ola bilərdi. Yaxşı oynadığımız oyunlarda xallar ala bilsəydik, bu gün mənzərə tam fərqli olacaqdı. Hədəfimiz öncə daha yaxşı komanda, kollektiv formalaşdırmaqdır. Önəmli olan bu mövsüm liqada qalmağımızdır. Şans var ki, yuxarı pillələrə də yüksələk".

Bölgə klubunun kapitanı "Qəbələ"nin 1/8 final mərhələsində "Şəfa" ilə oyunundan gözləntilərini də bölüşüb: "Şəfa" yaxşı komandadır, I Liqada da liderdir. Yaxşı, keyfiyyətli futbolçuları var. Hər bir halda, bizim üçün çətin oyun olacaq. Çünki kubok oyunudur, bir oyundan ibarətdir. Şanslar bərabərdir. Futboldur da, hər şey mümkündür. Fikrimiz, niyyətimiz kubokda da mərhələni keçmək, yaxşı nəticə qazanmaqdır. Allah qoysa, hər şey bizim üçün yaxşı olar".

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sportal.az
archiveBu xəbər 03 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri