Icma.az
close
up
RU
AŞPA nın Ramiz Mehdiyevə və Əli Kərimliyə görə narahat olması təəccüblü görünmür TƏHLİL

AŞPA nın Ramiz Mehdiyevə və Əli Kərimliyə görə narahat olması təəccüblü görünmür TƏHLİL

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın dünya miqyasında yeri və rolu artdıqca bəzi xarici dairələrin narahatlığı da artır. Xüsusilə də, Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə 30 illik erməni işğalına son qoyması AŞPA, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların, eləcə də Fransa, Almaniya, Niderland, Kanada kimi ölkələrin başlarına daş, qarınlarına azar doldurub. Bir növ qarınağrısına düşüblər. Nədən ki, bir türk-müsəlman ölkəsi tarixdə heç zaman olmayan hərbi, siyasi, diplomatik qələbəyə imza atıb. Azərbaycan müsəlman ölkəsi olaraq dünyanın ən yırtıcı, terrorçu xristian toplumu olan erməni hərbi-terrorçu dəstələrini məhv edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Eyni zamanda Azərbaycan dövləti ərazisində formalaşdırılmış separatçı-terrorçu qrupları tamamilə məhv edib, onların başçılarını həbs edərək istintaqa təhvil verib. Hazırda Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ Respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Onlar Bakı Hərbi Məhkəməsində mühkimə olunurlar. Təbii ki, təqsirləndirlən erməni hərbi canilər layiq olduqları cəzanı alacaqlar. Buna görə dünya birliyinin ədalət axtarışında olan dairələri məmnun olub, müsbət rəylərini bildirməkdənsə fərqli mövqe sərgiləyirlər. çünki Fransa, Rusiya, Almaniya, Niderland, Kanada və digər ölkələrin qara niyyətli başçıları erməni hərbi canilərinə hərbi, siyasi, maliyyə dəstəyi göstərməklə Azərbaycan daxilində separatizmin genişləndirlməsinə çalışıblar. Lakin planları alt-üst oldu və Azərbaycan "Dərmir yumruq" əməliyyatı ilə öz böyüklüyünü, güclü və qüdrətli dövlət olduğunu göstərdi.

AŞPA və Avropa Parlamenti islamofob və türkofob təfəkkürlü nümayəndələrin toplaşdığı qurumdur

Bəzi məkrli dairələr, qərəzli beynəlxalq təşkilatlar Azərbaycanla güc vasitəsi ilə danışmağın qeyri-mümkün olduğunu anladıqlarından milçək vızıltısına oxşar bəyanatlar səsləndirmək, qətnamələr qəbul etməklə ürək bulandırmağa çalışırlar.

Erməni lobbisinin ciddi təsiri altında olan Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli, ikili standartlarla yanaşılan qətnamələr qəbul edirlər. 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən AŞPA və Avropa Parlamenti indi başlarını qaldırıb sülhə can atan dövlətlərə əngəl olmağa, problemlər yaratmağa cəhd edirlər. Bu isə onu təsdiq edir ki, AŞPA və Avropa Parlamenti islamofob və türkofob təfəkkürlü nümayəndələrin toplaşdığı qurumdur. Halbuki, Avropa Şurasının 5 may 1949-cu il də Londonda keçirilən iclasında qəbul edilən nizamnaməsində məqsədləri ilə bağlı müddəaları hissəsində qeyd edilir ki, Avropa Şurasının məqsədi öz üzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədilə daha çox birliyə nail olunmasıdır. Nizamnamənin b- bəndində qeyd olunur ki, Avropa Şurasının orqanları vasitəsilə ümumi marağı əks etdirən problemlərin müzakirəsində, iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati məsələlərdə, insan hüquqları və əsas azadlıqlarının qorunması və gələcəkdə də həyata keçirilməsində razılaşmalar və ümumi fəaliyyət əsasında nail oluna bilər. c. Avropa Şurasında iştirak üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatında və daxil olduqları digər beynəlxalq təşkilat və birliklərdə iştirakına mənfi təsir göstərməyəcəkdir. d. Milli müdafiə ilə əlaqədar məsələlər Avropa Şurasının səlahiyyətlərinə daxil deyildir. Nizamnamənin 3-cü maddəsində göstərilir ki, Avropa Şurasına üzv dövlətlər bir-biri ilə səmimi və səmərəli şəkildə əlaqələrin qurulmasında və həyata keçirilməsi sahəsində əməkdaşlıq etməlidir.

Görünən ondan ibarətdir ki, AŞPA nümayəndələri nizamnamə tələblərinə əməl etmirlər. Daha doğrusu, nasist təfəkkürlü Frank Şveber kimi məxluqlar AŞPA-nın nizamnaməsini ayaqlar alrtına ataraq tapdalayır və öz dar düşüncələrinə uyğun qərəzli fikirlərlər səsləndirir, islamofob təfəkkürlü qətnamələr qəbul edirlər. Bu isə AŞPA beynəlxalq qurumdan çox özəl maraqları icra edən dərnəyə çevrildiyini göstərir. Dərnək isə heç zaman uzunömürlü ola bilməz. Dağılacağı və tarixin arxivinə göndəriləcəyi şübhəsizdir. Haqlı olaraq AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuş Rafael Hüseynov KİV-ə verdiyi açıqlamasında bildirmişdir ki, 10 ildən çoxdur ki, AŞ PA-nın sessiyalarında davamlı olaraq qurumun yaşadığı böhrandan danışılır, müzakirələr aparılır: "Böhrandan qurtulmaq üçün müxtəlif islahatlar təklif edilir, hətta bəzi addımlar da atılır. Nəhayət, böhranın çıxılmaz olduğunu düşünərək, müəyyən qüvvələr bu təşkilatı birdəfəlik süquta uğratmaq qərarına gəlmişlər. Sübutu bu gün təqdim olunan məruzə, bu gün aparılan müzakirələrdir. Bu sənəd ardıcıllıqla bir üzv ölkəyə qarşı sistemli olaraq ədalətsiz, qərəzli, ikili standartlara əsaslanan münasibət bəsləməyin bariz örnəyidir".

Rafael Hüseynov onu da bildrmişdir ki, AŞPA-da açıq-aşkar saxtakarlıq edilir, bir çox faktlar təhrif olunmuş formada verilir, reallıqlara, həqiqətlərə qara eynəkdən baxılır: "Əlbəttə, bu çürük sənəddə əksini tapan hər bir müddəaya sübutlarla, dəlillərlə cavab vermək, əsassız arqumentlərin hər birini rədd etmək mümkündür. Lakin buna ehtiyac yoxdur. Qarşıdakı əsl həqiqəti görmək istəsə idi, bunu etməyə zərurət olardı və qarşıdakı izahlardan sonra yanlış olan mövqeyində dəyişiklik edərdi. İndiki situasiya büsbütün başqadır. Tapşırıq belə gəlib, Azərbaycana cəza vermək lazımdır. Azərbaycanı qınayırlar ki, niyə Avropa Şurasını ölkədə keçirilən növbədənkənar seçkiləri müşahidə üçün dəvət etməyib. Azərbaycan müşahidəçi kimi hətta ən sərt mövqeyi ilə tanınan beynəlxalq qurumları da dəvət edib, lakin 23 il müddətində həqiqi üzvü olduğu, buna qədər də daim seçki müşahidələri aparan komandalarını məmnuniyyətlə qəbul etdiyi Avropa Şurasından bu dəfə imtina edib. Avropa Şurası rəhbərliyi, buraya birbaşa təsir imkanları olan dairələr gərək əvvəl bu barədə düşünərdilər. Bunun səbəbini indiyə qədər Azərbaycana qarşı bu təşkilatda apardıqları qəbuledilməz siyasətdə axtarmalıdırlar".

AŞPA dağılmağa məhkumdur

Son vaxtlar diqqətçəkən məqamlardan bir də ondan ibarətdir ki, dağılmağa məhkum AŞPA və böhranlı vəziyyətdə olan Avropa Parlamenti korkoranə şəkildə Azərbaycanın iç məsələləri ilə bağlı şər və böhtan xarakterli qətnamələr qəbul edirlər. Hər iki qurum iddia edir ki, guya Azərbaycanda siyasi məhbuslar var və junalistlərin fəaliyyətinə əngəllər törədilən hallar baş verir. İddia edilir ki, guya AXCP sədri Əli Kərimli və onun trollarının həbs edilməsi onların siyasi fəaliyyətləri bağlıdır. Hətta başlarından böyük iddialar da irəli sürərək qeyd edirlər ki, Əli Kərimli və digərləri azad edilməlidir. Təbii ki, bu kimi qərəzli qətnamələr, absurd iddialar Azərbaycana qarşı daim olub. Son illər anti-Azərbaycan fəaliyyətini güclənməsi yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır. Ona görə də, Avropa Parlamentinin və AŞPA-nın ölkəmizlə bağlı qəbul etdiyi növbəti qətnamə qərəzli yanaşmanın, ikili standartların nəticəsidir. Azərbaycan azad, demokratik, hüquqi dövlətdir. Ölkəmizdə hər kəsin siyasi, ictimai fəaliyyətlə məşğul olmaq, KİV təsis etmək, jurnalis fəaliyyəti ilə məşğul olmaq hüquqları var. Azərbaycanda bir nəfər çıxıb deyə bilməz ki, onun jurnalis fəaliyyətinə əngəllər yaradılıb və ya siyasi fikrilərinə görə, tənqid edilib. Belə hallar yaşanmadığı üçün AŞPA-nın və Avropa Parlamentini qəbul etdiyi qətnaməni sadəcə kağız parçası hesab etməyə dəyər. Əgər Əli Kərimli və ətrafında olan ortaqları Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dəstəsi ilə işbirliyinə gedərək ölkədə sabitliyi pozmağa, dövlət çevrilişi həyata keçirməyi planlaşdırıblarsa və bu məkrli planın üstü açıldıqdan sonra onlar həbs ediliblərsə, burada hansı hüquq pozuntusundan söhbət gedə bilər? Ümumiyyətlə, Frank Şveber kimi nasistlər Əli Kərimlinin, Ramiz Mehdiyevin və digər dövlət çevrilişi planının hazırlanmasında iştirak etmiş şəxslərin həbs olunmasından niyə narahat olublar? O aydın məsələdir ki, AŞPA və Avropa Parlamentinin bəzi üzvlərinin Əli Kərimli ilə sıx əlaqələri, əməkdaşlıq münasibətləri olub. Onlar istintaq dövründə Əli Kərimlinin çevriliş planın həyata keçirilməsində AŞPA və Avropa Parlamentinin üzvlərindən dəstək aldıqlarını etiraf edə bilər. Heç şübhəsiz ki, istintaq dağıdıcı müxalifətin hüquqa zidd fəaliyyətinin maliyyələşməsində beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin rolunu aydınlaşdırıb. Sadəcə istintaq hələ ki, başa çatmadığı üçün cəmiyyətə bu kimi məlumatlar açıqlanmır. Söz yox ki, bu nüanslar məhkəmənin gedişində ictimaiyyət üçün də açıqlanacağı şübhəsidir.

Bütün hallarda Azərbaycan dövləti həyata keçirdiyi azad, demokratik, hüququn aliliyinə söykənən siyasətində haqlıdır və bu yol heç zaman fərqli olmayacaq. AŞPA, Avropa Parlamenti kimi korrupsiya və rüşvətxorluğun kök saldığı və dağılmağa məhkum olan beynəlxalq qurumların nə demələrindən, hansı şər və böhtan xarakterli qətnamələr qəbul etmələrindən asılı olmayaraq Azərbaycan var olduqca qələbələr, zəfərlər bəxş edən siyasətini davam etdirəcək.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri