Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Asperger sindromunun autizmə bənzər xüsusiyyətləri var Psixoloq açıqladı

Asperger sindromunun autizmə bənzər xüsusiyyətləri var Psixoloq açıqladı

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Asperger sindromu və ya Asperger pozulması cəmiyyətdə stereotipik münasibətlərlə tanınan bir autistik spektrum pozuqluğudur (ASP). Dil və zehni inkişafda olan ümumi gecikmələr sindromun standart əlamətləri arasında verilməsə də, bu problem zamanı motorikanın inkişaf qüsuru və atipik danışığa tez-tez rast gəlinir. Asperger sindromunun psixoloji hallar spektrumu olan autistik spektr və ya yayılmış inkişaf pozulmalarından biridir. Digər inkişaf pozulmaları kimi xəstəlik körpəlik və uşaqlıqdan başlayaraq müəyyən vaxtda təkrarlana bilər və onun autizmə bənzər xüsusiyyətləri var. Aspergerli uşaqlar tünlük yerləri sevmir və əsasən tək qalmağı üstün tuturlar. Onlara əlil və şikəst kimi baxmaq düzgün deyil. Bu uşaqların cəmiyyətə inteqrasiyasına çalışmaq lazımdır. Həmin uşaqlarda diaqnostik əhəmiyyəti olmayan, lakin özlərinə və ailələrinə ciddi təsir göstərən əlamətlərə rast gəlmək mümkündür. Həmin sindromlu uşaqlar digər çoxfunksional autistik xəstələrdən fərqli olaraq görmə yaddaşı və eşitmə analizi sahəsində daha zəif olurlar”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloq onu da qeyd edib ki, asperger sindromlu uşaqlarda diaqnostik baxımdan əhəmiyyətsiz, lakin ailəyə və özünə təsir edən mühüm simptomlarla yanaşı motor bacarıqlarında, yuxuda və ya emosiyalarda müəyyən problemlər ola bilər. Onlar ətrafdakı kiçik dəyişiklikləri çox tez görə bilirlər. Bundan fərqli olaraq autizmi olan Asperger sindromlu fərdlərdə görmə, eşitmə və hafizə bacarığında çatışmazlıqların olması da mümkündür. Onlar səs, işıq, qoxu, ağrı, təmas, toxunuş və digər hisslərə qarşı adi reaksiya verə bilərlər. Asperger sindromlu uşaqlar bir çox şeyə nail ola biləcəklərini düşünür, kiçik dəyişiklikləri sevir və daha çox nəticə əldə etmək arzusunda olurlar. Onlar velosiped minmək və ya qazan qapağını açmaq kimi elementar işlərdə bacarıq qazanmaqda gecikə bilirlər. Koordinasiyaları zəif olur, qəribə və hoppanaraq yeriyirlər, yazını pis yazırlar və ümumən vizual-motor bacarıqlarda çətinlik çəkirlər. Asperger sindromlu uşaqların yuxuya getmək problemi var. Onlar gecələr tez-tez oyanır və səhər erkən durmağa meyilli olurlar. Həmin uşaqların öz duyğularını büruzə verə bilməmək halı aleksitimiya ilə əlaqədardır. Keyfiyyətsiz yuxu və aleksitimiya arasında sıx bağlılıq olmasına baxmayaraq onlar səbəb-nəticə əlaqəsini bilmirlər.

Psixoloq onların danışıq qabiliyyəti barədə də açıqlamasında onu da bildirib ki, asperger sindromlu uşaqlar ünsiyyət və sevgiyə qarşı diqqətli olmasalar da, danışıqdan istifadə etmək bacarığı qazanırlar. Onların ünsiyyət, informasiyanı əldə etmə və istifadə bacarıqları çox zaman atipikdir. Bu cür uşaqlarda söz qarışıqlığı, sözləri düzgün mənada şərh etməmək və bəzi nüansları səhv başa düşmək halları da olur. Asperger sindromlu uşaqların danışığı anlaşılmasa da, dediklərinin aydın eşidilməsi üçün bəzən yüksək tonla danışmağa çalışırlar. Xəstəliyin autizmə oxşarlığı olduğu kimi, fərqliliyi də var. Danışıq sahəsində həmin uşaqlarla loqopedlər məşğul olurlar. Asperger sindromlu uşaqlarda yaşlarına görə danışıqlarında da çətinliklər yaranır, söz və kəlmələri çox vaxt məcazi mənada işlədirlər. Onlar dostluq münasibəti qurmaqda bacarıqsız olur, ətrafdakılarla ünsiyyətdən zövq almır, sosial və emosional qarşılıq gözləmir, göz təması, üz ifadəsi, duruş, əl hərəkətləri kimi davranışlarda çatışmazlıqlar nəzərə çarpır. Bu uşaqlar soyuqqanlı olur, ətrafdakılardan tez ayrılmaq istəyir və özlərinə qapanırlar.

Belə uşaqların müalicəsi barədə psixoloq Y.Əsgərova bunları qeyd edib: “Asperger sindromlu uşaqların müalicəsi yaşa uyğun sosial və peşə bacarıqları öyrətmək, əsas əlamətlərə əsaslanan müalicələrdir. Lakin ən yaxşı müalicə üsulu kimi qəbul olunan bir üsul yoxdur, sadəcə olaraq klassik tibbi fikri rəhbər tutmaq lazımdır: müalicə nə qədər erkən olarsa, normaya doğru inkişaf da bir o qədər sürətli gedər. Müalicə digər yüksək funksiyalı Asperger sindromu nəticələrinə bənzəsə də, onlardan fərqli olaraq dil bacarıqlarına, şifahi çatdırmanın güclü tərəflərinə və sözlə ifadə olunmayan ünsiyyətin zəif tərəflərinə daha çox diqqət yetirilir. Asperger sindromlu uşaqlarda müalicə proqramının tipik məzmunu fərdlərarası təsirli qarşılıqlı ünsiyyət üçün sosial bacarıq təhsili, depressiya və həyəcan kimi problemlər üçün dərman müalicəsi, motor koordinasiya üçün peşə və ya fiziki müalicə, xüsusilə evdə istifadə ediləcək davranış texnikalarının valideynlər tərəfindən öyrədilməsi və dəstəklənməsindən ibarətdir. Hazırda bir çox araşdırmalar sindromun irsiyyətlə bağlı olduğunu üzə çıxarsa da, onun dəqiq səbəbi öyrənilməyib. Asperger sindromunun müalicəsi birtərəfli aparılmamalı və xəstəliyin müalicəsində əsas aparıcı hissəni davranış terapiyası təşkil etməlidir, çünki həmin sindromlu uşaqların diqqət və mənəvi dəstəyə çox böyük ehtiyacı var”.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Mart 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri