Icma.az
close
up
RU
Aşqabad türk birliyinə və Orta dəhlizə qarşı?

Aşqabad türk birliyinə və Orta dəhlizə qarşı?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Türkmənistan strateji məsələlərdə nə “hə”, nə “yox” deyir; neytrallıq siyasəti bu ölkəni strateji layihələrdən uzaq salır

Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın 5-6 iyun tarixlərində Aşqabada səfəri çərçivəsində prezident Serdar Berdiməhəmmədovla əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat, logistika və enerji marşrutlarının şaxələndirilməsi ilə bağlı danışıqlar aparılıb. Yılmaz birbaşa Türkmənistan qazının Türkiyəyə və oradan da Avropa və qlobal bazarlara tədarükündən bəhs edib.

2025-ci ildən bəri Türkmənistan qazı svop sazişi vasitəsilə İran vasitəsilə Türkiyəyə tədarük olunur. Həcmlər hələ də azdır, lakin fakt özü əhəmiyyətlidir. İndi Ankara bu məntiqi genişləndirməyə və Türkmənistan resurslarını Azərbaycan və Türkiyə vasitəsilə daha böyük bir marşruta inteqrasiya etməyə çalışır.

“Nerzavisimaya qazeta” yazır ki, Aşqabad Türkmənistan qazının Transxəzər Boru Kəməri ilə ixracına isti baxmır. “Türkmənistanın hər iki lideri - Prezident Serdar Berdımuhammedov və atası, Türkmənistanın milli lideri Qurbanqulu Berdımuhammedov - Qazaxıstanın Türküstanında keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısına gəlmədilər. Türkmənistan TDT-də müşahidəçi statusuna malikdir ki, bəzi təşəbbüs və qərarlardan yayınmağa imkan verir.

İşlər o yerə çatıb ki, Türkmənistan Bakıda keçirilən Enerji Həftəsinə aşağı səviyyəli nümayəndə heyəti göndərib. Baxmayaraq ki, neft-qaz sektorundakı aparıcı investorlar və operatorlar tədbirlərdə və bu tədbirin kənarlarında iştirak ediblər.

Ekspertin qeyd etdiyi kimi, problem ondadır ki, Türkmənistan hakimiyyəti son zamanlar bu mövzu ilə bağlı bütün əsaslı müzakirələrə və danışıqlara laqeyd yanaşır.

Aşqabadın bu siyasəti nəyə hesablanıb?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Yeni Müsavat”a Türkmənistanın tam olaraq, belə mövqedə olmadığını söylədi: “Türkmənistanın son diplomatik gedişləri və Türk Dövlətləri Təşkilatı sammitindəki iştirak səviyyəsi ilk baxışda Aşqabadın Türk birliyinə və ya Orta dəhlizə qarşı çıxması kimi görünə bilər. Lakin regionun geosiyasi reallıqlarını və Türkmənistanın 1995-ci ildən bəri yürütdüyü "Daimi Neytrallıq" statusunu nəzərə alsaq, bu addımların arxasında “əleyhinə olmaq” yox, daha çox ehtiyatlı balans və risklərin sığortalanması taktikası dayanır. Məlumdur ki, Türkmənistan xarici siyasətində hər hansı bir bloka və ya kəskin geosiyasi təşəbbüsə tam inteqrasiya olunmaqdan qaçır.

Digər tərəfdən, Rusiya Transxəzər layihəsini Xəzərin ekologiyası bəhanəsi ilə illərdir əngəlləyir, çünki Türkmənistan qazının Avropaya çıxması Moskvanın rəqabət gücünü zəiflədir. Çin isə hazırda Türkmənistan qazının ən böyük alıcısıdır. Aşqabad TDT-yə tam üzv olmaqla və ya Transxəzər kəmərinə dərhal “hə” deməklə Moskva və Pekini qıcıqlandırmaq, beləliklə də mövcud sabitliyini riskə atmaq istəmir. Həmçinin sirr deyil ki, Transxəzər Boru Kəməri nəhəng investisiya tələb edən bir layihədir. Aşqabadın mövqeyi belədir: “Biz qazı öz sərhədimizdə satmağa hazırıq, kəməri isə alıcı və ya tranzit ölkələr tiksin”. Bakıdakı Enerji Həftəsinə aşağı səviyyəli nümayəndə heyətinin göndərilməsi də bir növ bu mövzuda Qərbin və tərəfdaşların konkret maliyyə öhdəlikləri götürməməsinə qarşı bir nümayişkaranə soyuqluq ola bilər və Aşqabad yalnız vədlərə görə Rusiya ilə mövcud münasibətləri gərginləşdirmək istəmir".

Deputat dedi ki, Türkmənistanın TDT sammitlərinə liderlər səviyyəsində qatılmamasına gəlincə, bu, təşkilata qarşı olmaqdan ziyadə, qərarlarda “məcburi öhdəlik” götürməmək istəyidir: “Müşahidəçi statusu Aşqabada imkan verir ki, iqtisadi-mədəni əməkdaşlıqdan maksimum yararlansın, lakin siyasi və hərbi çalarları olan bəyanatlara imza atmayaraq öz neytrallığını qoruyub saxlasın. Lakin onu da unutmamalıyıq ki, Türk dünyasına münasibətdə neytrallığın uzunmüddətli hədəfdə Aşqabad üçün zərəri faydasından çoxdur. Yəni Aşqabad Orta dəhlizə və ya Türk birliyinə qarşı deyil, amma eyni zamanda Türkmənistan rəhbərliyinin "yavaş tələs" strategiyasını seçməsi özünü Türk dünyasının perspektiv inkişaf strategiyasından kənar qalmasına, hətta suverenliyinin mümkün təhdidlə üzləşməsinə apara bilər. Cövdət Yılmazın səfəri də göstərir ki, Ankara hələ ki bu həssaslığı anlamağa və Türkmənistanı tam sıxışdırmadan, svop kimi daha yumşaq formatlarla layihələrə cəlb etməyə üstünlük verməyə çalışır".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, Aşqabadın son dövrlərdə nümayiş etdirdiyi davranışlar daha çox  ənənəvi xarici siyasət kursu və iqtisadi maraqları ilə bağlıdır: “Türkmənistan müstəqillik əldə etdikdən sonra özünün neytrallıq konsepsiyasını xarici siyasətinin əsas sütununa çevirib. Bu yanaşma ölkənin regional və beynəlxalq inteqrasiya layihələrində məhdud iştirakını şərtləndirir.  Digər tərəfdən, Transxəzər məsələsi Türkmənistan üçün təkcə iqtisadi deyil, həm də geosiyasi risklər daşıyır. Layihənin reallaşması Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çıxışını təmin edə bilər. Bu, həm Ankara, həm Bakı, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Lakin Aşqabad uzun illər ərzində qaz ixracında əsasən Çindən asılı model formalaşdırıb. Hazırda Türkmənistan qazının böyük hissəsi Çin bazarına yönəlir və Pekin ölkənin enerji sektorunda ən böyük tərəfdaşlardan biridir. Belə şəraitdə alternativ marşrutların sürətlə inkişaf etdirilməsi Çinlə mövcud enerji balansına təsir göstərə bilər. Bundan əlavə, Rusiya amili də nəzərdən qaçırılmamalıdır. Moskva ənənəvi olaraq Xəzər hövzəsində enerji marşrutlarının formalaşmasında mühüm rol oynamağa çalışır və Avropaya alternativ qaz tədarükü layihələrinə həmişə ehtiyatla yanaşıb. Türkmənistan rəhbərliyi isə regional güclər arasında balans siyasətini qorumağa üstünlük verir. Məhz buna görə Aşqabadın kəskin geosiyasi seçimlərdən yayınmağa çalışdığı müşahidə olunur.

Bu kimi səbəblərdən Aşqabadın hazırkı siyasətini TDT və ya Orta dəhlizə qarşı çıxış kimi qiymətləndirmək, zənnimcə, düzgün olmazdı. Bu daha çox Türkmənistan rəhbərliyinin strateji ehtiyatlılıq nümayiş etdirməsi, mövcud enerji tərəfdaşları ilə münasibətləri riskə atmamaq və neytral statusunu qorumaq istəyi ilə bağlıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 İyun 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri