Icma.az
close
up
RU
Aşqarlar kimyasının inkişafı üçün 2026 2030 cu illər üzrə elmi tədqiqat proqramı təsdiq edilib

Aşqarlar kimyasının inkişafı üçün 2026 2030 cu illər üzrə elmi tədqiqat proqramı təsdiq edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 3 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan bildirilib.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyevin sədrliyi ilə keçən iclasda gündəlikdə duran əsas məsələ 2026-2030-cu illərdə institutun fəaliyyət göstərdiyi aşqarlar kimyası, zərif üzvi sintez və bioüzvikimya istiqamətlərində növbəti 5 illik elmi-tədqiqat proqramının qəbul olması ilə bağlı olub.

Baş direktor bildirib ki, dünya elminin müasir çağırışları, ölkə iqtisadiyyatının, onun müdafiə qüdrətinin artırılması ilə bağlı mövcud reallıqlar nəzərə almaqla ayrı-ayrı laboratoriyalar üzrə tədqiqat mövzuları müəyyənləşdirilib.

Akademik çıxışında fundamental nəzəri və tətbiqyönlü tədqiqatlar aparılacaq sahələri diqqətə çatdırıb. Onun sözlərinə görə bu sıraya müxtəlif funksional xassəyə malik, o cümlədən çoxfunksiyalı aşqarların sintezi və tədqiqi, sintez edilmiş aşqarlar əsasında müxtəlif sürtkü, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması daxildir. Həmçinin zərif üzvi sintez üsullarından istifadə etməklə müxtəlif quruluş və tərkibli bioloji və fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi, sintez edilmiş üzvi birləşmələrin funksional xassələrinin onların quruluş və tərkibindən asılılığının öyrənilməsi və bəzi birləşmələrin funksional təsir mexanizminin öyrənilməsi sahələrində tədqiqatlar aparılacaq.

V.Fərzəliyev, eyni zamanda, prioritet istiqamətlər üzrə elmi işçilərin, xüsusən gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin səmərəliliyinin artırılması, yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və elmlə təhsilin inteqrasiyasının sürətləndirilməsinə önəm verilməsinin zəruriliyini bildirib.

Sonra mövzular müzakirə olunaraq təsdiq edilib.

İclasda 2025-ci il üzrə illik hesabatların hazırlığı ilə bağlı vəziyyət müzakirə olunub. Gündəlikdə olan digər məsələlərlə əlaqədar müzakirələr aparılıb və təkliflər səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri