Icma.az
close
up
RU
AST Telmanın həbs olunan qardaşından xəbər var

AST Telmanın həbs olunan qardaşından xəbər var

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanlı biznesmen, “Çerkizovski” bazarının sabiq sahibi Telman İsmayılovun qardaşı, ikiqat qətldə təqsirli bilinərək uzunmüddətli həbs cəzası alan Rafiq İsmayılov cəzasının yüngülləşdirilməsi üçün məhkəməyə müraciət edib.
“İsmayılovlar işi” kimi tanınan səs-küylü cinayət işi üzrə 17 il müddətinə ciddi rejimli koloniyada cəza çəkən Rafiq İsmayılov qalan müddətin məcburi əmək ilə əvəz olunmasını istəyir.
Onun vəkili artıq bununla bağlı məhkəməyə rəsmi vəsatət təqdim edib.
Məlumata görə, qətlə yetirilən şəxslərin yaxınları bu addıma kəskin etiraz edir və İsmayılovun həbsdə qalmasını tələb edirlər.
Xatırladaq ki, iş üzrə həmçinin Telman İsmayılov və onun digər qardaşı Vaqif İsmayılov da ittiham olunurlar. Onlar hazırda xaricdədir və istintaqdan yayınmaqda günahlandırılırlar.
2017-ci ildə Moskvanın Basman məhkəməsi Telman İsmayılovu qətlin təşkilində ittiham edərək qiyabi həbs qərarı çıxarıb.
Qardaşlar “Stroymarket” ticarət mərkəzinin təsisçisi Vladimir Savkin və “Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brilevin qətlə yetirilməsində təqsirli bilinirlər.
İddialara görə, motiv 5,5 milyon dollarlıq borcun qaytarılmasından yayınmaq olub. Savkinin qohumları bildirib ki, R.İsmayılovla V.Savkin iri biznesin şəriki olublar və biznesin satışından sonra R. İsmayılov bütün pulları özünə götürüb.
Hadisə 2016-cı ilin mayında Moskva vilayətində baş verib. Killer Mehman Kərimov biznesmenlərlə guya borc məsələsini müzakirə etmək üçün görüşüb, onların “Land Cruiser” markalı avtomobilinə minib və hər ikisini güllələyib. Daha sonra avtomobil Novoriqa şosesində yol kənarındakı maneəyə çırpılmış vəziyyətdə tapılıb.
İstintaq materiallarına görə, Rafiq İsmayılov qətlin icrasında birbaşa iştirak etməsə də, killerin hadisə yerinə gətirilməsi və oradan uzaqlaşdırılması, eləcə də silahın gizlədilməsində rol oynayıb.
Bu səbəbdən o, 17 il, Mehman Kərimov isə 13 il azadlıqdan məhrum edilib.
Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. (Musavat.com)

Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Aprel 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri