Milan Real ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
İtaliyanın "Milan" klubu İspaniyanın "Real" (Madrid) komandasının hücumçusu Endriki transfer etmək üçün rəsmi təklif irəli sürüb.
Milan təmsilçisi braziliyalı futbolçunu 2027-ci ilin yanvarında heyətinə qatmağı planlaşdırır.
"Rossoneri" 19 yaşlı hücumçunun transferi üçün 70 milyon avro ödəməyə hazırdır.
Bununla belə, "Kral klubu"nun baş məşqçisi Joze Mourinyo Endrikin qış "transfer pəncərəsi"ndə komandadan ayrılmasına müsbət yanaşmır. Portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun əvəzlənməsinin çətin olacağını düşünür.
Yaxın vaxtlarda Endrikin agentlərinin Madridə gələrək futbolçunun gələcəyi ilə bağlı klub rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir. Transferin reallaşıb-reallaşmayacağı ilə bağlı yekun qərarı isə futbolçunun özü verəcək.
Qeyd edək ki, Endrik 2024-cü ildə 60 milyon avro qarşılığında Braziliyanın "Palmeyras" klubundan "Real"a transfer olunub. Hücumçu cari mövsümdə Madrid təmsilçisinin heyətində 7 oyunda meydana çıxıb və bir qola imza atıb. O, yeganə qolunu UEFA Çempionlar Liqasında "Roma"ya qarşı keçirilən və 4:3 hesabı ilə başa çatan matçda vurub.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 24 Noyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















