Astanada AZAL təyyarəsinin qəzası ilə bağlı materialların öyrənilməsinə tezliklə başlanılacaq AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astana, 7 yanvar, AZƏRTAC
AZAL-a aid təyyarənin qəzasının araşdırılması üzrə komissiya üzvləri yaxın vaxtlarda Astanaya gələcək və Braziliyada deşifrə olunmuş “qara qutu”ların yazılarını öyrənməyə başlayacaq.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ekspertlər gəldikdən dərhal sonra “qara qutu”ların deşifrə edilmiş məlumatlarını öyrənməyə başlayacaqlar.
Braziliya mediasının məlumatına görə, Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) Braziliyada “qara qutu”ların təhlilini başa çatdırıb.
Qurum müvafiq məlumatları Qazaxıstana göndərib.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 Yanvar 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















