Icma.az
close
up
RU
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib FOTO

Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib FOTO

Azertag saytına istinadən Icma.az xəbər verir.

Astara, 13 may, İlkin Adıyev, AZƏRTAC

Astaranın çay plantasiyalarında mövsümün ilk çay yığımına start verilib. Mayın ilk günlərində müşahidə edilən yağıntılı hava şəraiti yaşıl çayın yığım prosesini gecikdirsə də, bu yağışlar, eyni zamanda, torpağın rütubət balansını artırıb ki, bu da çay kollarının məhsuldarlığına səbəb olub. Mütəxəssislərin proqnozlarına əsasən, bu mövsümdə sahələrdən bol və keyfiyyətli məhsul əldə olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çay plantasiyalarında bütün zəruri aqrotexniki tədbirlər görülüb. Torpağın becərilməsi, çay kollarının budanması, alaq otlarının təmizlənməsi, zərərvericilərə və xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi bu prosesin əsas mərhələlərini təşkil edib. Eyni zamanda, yağıntılı hava şəraitinin məhsuldarlığa müsbət təsirini maksimum dəyərləndirmək üçün torpaq-nəmlik balansı da daim nəzarətdə saxlanılıb.

"Bu il may ayında yağışlar çox oldu, yığım bir qədər gecikdi. Amma torpaq suya doydu, çay kolları da yaxşı inkişaf etdi. Vaxtında görülən aqrotexniki tədbirlər – budama, gübrələmə, alaq təmizliyi və zərərvericilərə qarşı mübarizə bu il məhsulun keyfiyyətinə müsbət təsir etdi. Əgər hər şey yolunda getsə, bu il yığımdan sonra məhsulu emala göndərəcəyik, inşallah, həm yerli bazar, həm də ixrac üçün keyfiyyətli çay hazırlayacağıq”, – deyə Astaranın təcrübəli çayçılarından olan Firdovsi Abbasov bildirir.

O qeyd edir ki, çayı əllə yığırlar. Əl yığımı həm keyfiyyətli olur, həm də kolun budaqlarına zərər vermir: “Təmiz iş olanda, nəticəsi də yaxşı olur. Bu il məhsulun bol olacağına ümidimiz böyükdür. Neçə illərdi bu sahədə işləyirik, təcrübəmizə güvənirik”.

Ötən il Astaranın çay plantasiyalarından 667 tona yaxın yüksəkkeyfiyyətli yaşıl çay yarpağı yığılıb. Bu il isə fermerlər qarşıya daha böyük hədəf qoyublar. Sahələrdə aparılan müşahidələr və yığım prosesinin ilkin nəticələri onu deməyə əsas verir ki, builki məhsul ötən ildəkindən də bol olacaq.

Mütəxəssislərin sözlərinə görə, may ayında yığılan yaşıl çay yarpaqları il ərzində əldə olunan yarpaqlar arasında ən keyfiyyətlisidir. Çünki bitki vegetasiya dövrünün başlanğıc mərhələsində olur, həm də ilk yarpaqlar daha gənc, yumşaq və aromatik xüsusiyyətlərə malikdir. Həmçinin bu dövrdə yığılan çay daha yüksək antioksidant tərkib və zəngin dad keyfiyyəti ilə fərqlənir.

"May ayı bizim üçün sadəcə mövsümün başlanğıcı deyil, həm də çayçılığın ən gözəl dövrüdür" , – deyə Astaranın tanınmış fermerlərindən olan Validə Abbasova bildirir. Onun illərin təcrübəsi ilə söylədiyi sözlərdən aydın hiss olunur ki, çayçılıq bu bölgədə sadəcə bir təsərrüfat sahəsi deyil, həm də həyat tərzidir.

Deyir ki, mayda yığılan çayın dadı bir başqa olur. Bu ayda yığılan yarpaqlar həm təravətli, həm də yumuşaqlığı ilə seçilir: “Rəngi bir başqa parlayır, dadı isə elə incə olur ki, insan içəndə fərqini dərhal hiss edir. Biz bu məhsulu əllə yığırıq, çünki hər yarpağı dərmək olmaz. Bu, həm zəhmət, həm də sevgi tələb edən işdir”.

O bildirir ki, may ayında yığılan yarpaqlardan hazırlanan yaşıl çay təkcə daxili bazarda deyil, eyni zamanda, xarici ölkələrdə də böyük maraqla qarşılanır: "İllərdir bu işin içindəyəm. Hər dəfə bu dövrdə yığdığımız məhsuldan hazırlanan çay daha tez satılır, çünki insanlar bilirlər ki, bu çayın qoxusu, dadı fərqlidir. Xaricdən gələn sifarişlərdə də xüsusilə may məhsuluna üstünlük verilir".

Hazırda çay plantasiyalarında əllə yığım prosesi sürətlə davam edir. Kifayət qədər təcrübəli olan çaydərən xanımlar məhsulun itkisiz və keyfiyyətlə toplanılmasına xüsusi diqqət yetirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see221

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see208

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see133

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see132

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see132

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see132

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see131

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see129

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see121

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see119

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see119

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see118

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri