Astronavtlara iPhone dan istifadəyə icazə verilib
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
NASA ilk dəfə gələcək Ay, həmçinin orbital missiyalarda astronavtlara "iPhone" modelli telefonlardan kosmik uçuşlarda foto, video çəkilişlər üçün istifadə etməyə icazə verib.
Reyting.az "Bloomberg" agentliyinə istinadla bildirir ki, NASA rəhbəri Cared Ayzekman deyib ki, bu, həm də astronavtlara xüsusi anlarını ailələri üçün yaddaşda saxlamaqla bərabər, digər qeyri-adi görüntüləri paylaşmağa da imkan yaradacaq.
Son model "iPhone" artıq sertifikatlaşdırılıb və gələcəkdə Android cihazları da istifadə oluna bilər.
Smartfonlar ilk dəfə 11 fevralda "Crew-12" missiyasında, həmçinin Ay ətrafında dövrə vurmaq məqsədilə uçuş edəcək "Artemis II" kosmik gəmisində istifadə olunacaq.
Qeyd edək ki, əvvəl astronavtlar "Nikon" və "GoPro" modellərindən istifadə etsələr də, həmin smartfon telefonların "iPhone" qədər üstünlükləri yox idi. Qeyd olunur ki, yeni qərar həm də NASA-da bürokratiyanın azalması və özəl texnologiyaların tətbiqini əks etdirir.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Fevral 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















