Icma.az
close
up
RU
Astronomlar ilk dəfə statistik üsulla yaşamağa yararlı ekzoplanetlərin sayını hesablayıblar

Astronomlar ilk dəfə statistik üsulla yaşamağa yararlı ekzoplanetlərin sayını hesablayıblar

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 iyun, AZƏRTAC

Günəş sistemindən kənarda aşkarlanan planetlərin sayı durmadan artdıqca, onların yaşayış üçün yararlı olması ilə bağlı suallar da diqqəti getdikcə daha çox cəlb edir. Məsələn, alimlər əvvəllər yalnız yaşayış üçün yararlı planetləri deyil, həm də ekstremal şəraitdə yaşaya biləcək orqanizmləri müəyyən etməyə imkan verən riyazi model təqdim etmişdilər. NASA tədqiqatçıları isə həyat axtarışını ən azı bir neçə milyard il ərzində yaşama zonasına daxil olan planetlərdə aparmaq təklifini irəli sürmüşdülər.

AZƏRTAC xəbər verir ki, indi isə Kornel Universitetinin preprint (əvvəlcədən nəşr olunmuş) serverində dərc olunmuş (https://arxiv.org/abs/2506.18200) yeni elmi işin müəllifləri NASA-nın arxivindən götürülmüş 517 ekzoplaneti təhlil edərək onların arasında yaşayış üçün ən çox yararlı olanların sayını ilk dəfə kəmiyyət baxımından qiymətləndiriblər. Alimlər bu nəticəyə seçilmiş planetləri Yer kürəsi ilə müqayisə yolu ilə və statistik yanaşma tətbiq etməklə gəliblər. Tədqiqatda planetlərin ölçülərindən tutmuş ulduzlarının kimyəvi tərkibinə qədər 8 əsas parametr nəzərə alınıb.

Nəticələr gözlənilməz olub: 517 obyektin cəmi 0,6 faizi “yaşayış üçün uyğun namizəd” kimi qiymətləndirilib. Planetlərin 75 faizi isə “yaxşı ulduz – pis planet” kateqoriyasına düşüb. Bu isə müasir ekzoplanet axtarış üsullarının sistemli şəkildə “yararsız” planetlərə malik ulduz sistemlərini aşkarladığını göstərir.

Astronomların xüsusi maraq göstərdiyi obyektlərdən biri Kepler-22b planetidir. O, Yerdən 635 işıq ili uzaqlıqda yerləşir. Bu planetin tarazlıq temperaturu, yəni istixana qazları nəzərə alınmadan hesablanmış temperaturu təxminən +6°C-dir (müqayisə üçün: Yerdə bu göstərici -18°C-dir). Bundan əlavə, Kepler-22b-nin ulduzu Günəşə çox bənzəyir və planetin aldığı ulduz radiasiyası da demək olar ki, Yer səviyyəsindədir. Kepler-22b Yerdən iki dəfə böyük olsa da, tədqiqatçılar onu gələcək müşahidələr, o cümlədən "James Webb" kosmik teleskopu ilə aparılacaq tədqiqatlar üçün əsas hədəf kimi qiymətləndiriblər.

Eyni zamanda, alimlər 6 “sərhəd” hadisəsi müəyyən ediblər, yəni texniki baxımdan yaşayış üçün yararlı meyarlara cavab verən, lakin həyat üçün daha az perspektivli hesab edilən soyuq qırmızı cırtdanların ətrafında dövr edən planetlər. Bu planetlərdən bəziləri, məsələn, “LHS 1140b” və “TOI-1452b” üzərində aparılmış müşahidələr onların su buxarı və ya azot-oksigen atmosferinə malik ola biləcəyini göstərib.

Tədqiqatçılar qeyd ediblər ki, Yer planeti hər nə qədər özəl görünsə də, statistik baxımdan anomaliya hesab oluna bilməz. Bu da o deməkdir ki, mövcud müşahidə üsullarının texniki məhdudiyyətləri səbəbindən yaşamağa yararlı planetlərin sayını əslində olduğundan az qiymətləndiririk.

Beləliklə, bu yeni elmi tədqiqatda alimlər Yer kürəsindən kənarda həyat axtarışında əsas strateji prioritetləri müəyyənləşdiriblər. Bunlara Günəşə bənzər ulduzlar və qırmızı cırtdanlar üzərində müşahidələrin genişləndirilməsi, birbaşa vizualizasiya texnologiyalarının inkişafı və yaşayış üçün yararlılıq meyarlarının yenidən nəzərdən keçirilməsi daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri