Astronomlar ilk dəfə körpə planetin doğulmasını müşahidə etdi
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Astronomlar kainatda ilk dəfə olaraq bir planetin doğulma prosesini birbaşa müşahidə ediblər.
Missiya.Az xəbər verir ki, WISPIT-2 adlı ulduz sistemində yerləşən və "WISPIT 2b" adlandırılan yeni planet ulduzu əhatə edən toz və qaz halqaları arasında aşkarlanıb.
Arizona Universiteti və Leiden Rəsədxanasının alimləri Magellan, Böyük Dürbün və Avropa Cənub Rəsədxanasının teleskopları vasitəsilə planetin üzərinə düşən hidrogen qazının parıltısını qeydə alaraq onu görüntüləyiblər.
Alimlər bildiriblər ki, WISPIT 2b Yupiterdən beş dəfə böyükdür və Günəş sistemimizin ilkin formalaşma dövrünə bənzər struktura malikdir.
Tədqiqatın nəticələri The Astrophysical Journal Letters jurnalında dərc olunub.
Seyranə Quliyeva
Missiya.Az


