Icma.az
close
up
RU
AŞURA: bir vaxt baş yaranlar indi baş sındırır FELYETON

AŞURA: bir vaxt baş yaranlar indi baş sındırır FELYETON

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ya bizə çatmır, ya köhnə adətlərimizdən deyim, xasiyyətlərimizdən deyim, əl çəkə bilmirik, ya qulağımız kardır, ya barmaqhesabını bilmirik, ya nədəndir, nəyə görədir, bilmirəm, həmişə yarımız Ramazana bir gün, yarımız digər gün başlayırıq. Ramazan bayramını da baxırsan ki, yarımız bu gün, yarımız sabahı gün qeyd edirik. Elə Qurbanda da yarımız bu gün, yarımız səhəri gün bazardan qurban adına ət alıb qazana qoyuruq, bayramdır,- deyib süfrə açırıq.

Vallah, ta Aşuranın da iki gün keçiriləcəyi heç ağıla gələn məsələ deyil. Axı bu Aşura günü məhərrəmlik ayının 10-u deməkdir də. Bu 10-cu günü necə 9-a çəkmək və ya 11-ə dartmaq olar?

Ayın 5-i axşamçağı getdim küçəmizdəki mağazalardan bir az alış-veriş etməyə. Axı Aşura günü hər yer saat 12-13-dək bağlı olur. Satıcılardan biri dedi ki, ay bacı, nə alırsınız alın, sabah işləməyəcəyik. Dedim nə üçün işləməyəcəksiniz? Dedi ki, bəs sabah Aşuradır. Dedim, ay qardaş, Aşura bu gün idi, siz səhv bilirsiniz. Dedi ki, yox, ay bacı, bu gün rəsmi şəkildədir, sabah camaat saxlayacaq. Vallah tarixi-nadiri başa çatdırmışam, hələ belə cavab görməmişdim. Aşuranın da rəsmisi, sərbəsti olur məgər?

Oradan yol aldım kiçik bir şirniyyat mağazası var, oraya. Burada da satıcılar sabah, yəni iyulun 6-da işləməyəcəklərini dedilər. Soruşdum, nə üçün? Dedilər ki, bəs sabah Aşura günüdür, mağaza bağlı olacaq. Bunlara da dedim ki, ay qardaş, ay bacılar, axı Aşura günü bu gün idi. Sizin niyə bundan xəbəriniz yoxdur? Dedilər ki, yox, biz sabah olaraq bilirik.

Ta nə deyim, nə deyə bilərəm ki? Adamlar belə dərk edir də. Məni düşündürən o oldu ki, bunlar hansı barmaqhesabı gediblər, məhərrəmlik ayının nə vaxtdan başladığını zənn ediblər ki, bu ayın 10-cu gününün nə vaxt tamam olduğunu bilmirlər?

Evədək fikirləşə-fikirləşə getdim. Fikir də məni bir neçə onillik əvvələ apardı. Aşura günündə camaatın zəncirlə özünü alqana qərq etməsini, başlarını yarmalarını, qan axıtdıqlarını xatırladım. Dedim, özümüz XXI əsrə gəlib çıxsaq da, yoxsa düşüncələrimiz hələ də XX əsrdə qalıb. Yox, axı sonradan anladıq ki, qanımızı yerı axıtmaq əvəzinə gedib qan verib donor olaq, kiminsə həyatını qurtaraq. Zəncirlə özümüzü döyməyin isə mənasız olduğunu dərk etdiyimizdən gör bir neçə illər keçib.

Bəs belə isə iki gün Aşura məsələsi nə deməkdir. Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə elan edildi ki, hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatdı, 1447-ci ilin başlanğıcı-Məhərrəm ayının 1-i miladi təqvimlə 2025-ci il iyunun 26-na təsadüf edir. Məhərrəm ayının 10-cu günü, yəni Aşura günü isə iyulun 5-nə təsadüf edir.

Bunu ölkədə o mətbuat orqanı qalmadı ki, deməsin, yazmasın, o sosial şəbəkə qalmadı ki paylaşmasın. Belə isə, yəqin hələ də aramızda özündən, öz barmaq hesabından savayı başqa birinə inanmayan insanlar var.

Elə bu arada “Molla Nəsrəddin”dən bir Aşura günü də yadıma düşdü:

- Balam, Kəbla Kazım! Hara belə tələsik gedirsən?

- Deyirlər Hacı Qasımın oğlu Aşura günü başını yarıb, can üstədir, gedirəm ora.

Hə, axır anladım ki, o zaman Aşurada baş yarılırdı, indi də baş sındırılır: Aşura bu gün deyil, sabahdır və ya sabah deyil bu gündür…

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri