Asya Əlizadənin 5 il həbsi istənilir
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanlı reper Asya Əlizadə, türkiyəli reper Lvbel C5 və bəstəkar Can Akdoğan barəsində 5 ilədək həbs cəzası tələb olunub. Üç nəfər haqqında hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.
Axşam.az xəbər verir ki, buna səbəb reperlərin birlikdə ifa etdiyi “Kahpe” adlı mahnı və onun klipindəki zorakılıq səhnələri olub.
İttiham aktında klipdə dörd kişinin yerdə uzanan bir şəxsi döydüyü görüntülərə diqqət çəkilib. Həmçinin mahnının “Dəyişməz insanlar, dünya da dönsə, onları bıçaqlayın, danışanı basdırın” məzmunlu sözlərinin cinayət əməllərinə təşviq etdiyi iddia olunub.
Lvbel C5 səhnə adı ilə tanınan Süleyman Burak Bodur müdafiəsində mahnı sözlərinin xəyal və qurğudan ibarət olduğunu, cinayət törətmək niyyəti daşımadığını bildirib. O, klipin xarici rejissor tərəfindən ölkə xaricində çəkildiyini də vurğulayıb.
Bəstəkar Can Akdoğan isə mahnı sözlərinin mənasını bilmədiyini və klipdəki zorakılıq səhnələri ilə əlaqəsinin olmadığını deyərək ittihamları rədd edib.
Əlizadənin Türkiyəyə 5 il müddətinə giriş qadağası olduğu və ölkə xaricində yaşadığı üçün ifadəsi birbaşa alınmayıb. Onun vəkili vasitəsilə yazılı müdafiə təqdim etdiyi bildirilib.
Qeyd edək ki, istintaq CİMER-ə daxil olan şikayətlərdən sonra başlanıb. Daha əvvəl Lvbel C5-in həbs edilməsi tələbi rədd olunub, onun barəsində xaricə çıxış qadağası və polis bölməsində imza vermək öhdəliyi tətbiq edilib. Reperə türk ədəbiyyatı üzrə təhsil almaq və mütəmadi kitab oxumaq şərti də qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 14 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















