Icma.az
close
up
RU
Ata baba çayı?.. FELYETON

Ata baba çayı?.. FELYETON

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Həsən kişinin rayondan qonağı gəlmişdi. Kişi də nə eləsin, qonağı evdə dörd divarın içərisində saxlamayacaq ki. Dedi, ə, Məmməd, evdə oturmağa gəlmisən? Dur səni aparım, bir şəhərlə tanış ol, gör bir nə var, nə yox.

Axşamüstü kişilər durub çıxdılar şəhərə. Üz tutdular birinci dəniz kənarına doğru. Axşamçağı olmasına baxmayaraq havadan od tökülür, sərinləmək bilmir ki, bilmir. Bu kişilər də yaşlı adam, nə eləsinlər. Bir yer axtarırlar ki, oturub dincəlsinlər. Məmməd kişi də rayondan gəlmiş adam, kəndin sərin havasına öyrəşmiş, burada da havasını, suyunu dəyişmişdi. Odur ki, dedi:

-Ay Həsən, gəl, oturub bir çay içək, dilim ağzımda yandı.

Yaxınlaşdılar bir məkana. İnsafən hər tərəf tər-təmiz, abad, gözəl, yaşıllıq və sairdir. Əyləşdilər. Həsən kişi ofisiantı çağırıb, bir çay sifariş verdi. Ofisiant soruşur ki, sadə olsun, yoxsa...

Həsən kişi də cavab verir ki, bala, çay sadə olar da. Başqa nə cür olur ki, bəlkə xəbərimiz yoxdur? Ofisiant da, “yanında nə olsun demək istədim”,- deyir. Həsən kişi də deyir ki, yox, biz elə ata-baba çayı istəyirik.

Ofisiant gedir, bir azdan əlində məcməyi qayıdır, üzərində də bir çaynik çay, iki stəkan-nəlbəki, bir də ki, qənd.

Bunları ehmalca ağsaqqalların masasına qoyub qayıdır. Həsən kişi ilə Məmməd kişi də çaydan süzüb söhbət edə-edə içirlər.

Həsən kişi:

-Məmməd, deyəsən, yerini bəyəndin, ha. Qalx ayağa gedək, oturmağa gəlmisən, dur ayağa, gedək, gəzək.

Ofisiantı çağırırlar, Həsən kişi borcunu soruşur, o da deyir. Məmməd kişi tutulsa da, özünü Məmməd kişinin yanında sındırmır, pulu ödəyir, gedirlər. Ürəyində deyir ki, bax hələ, ayda 2-3 dəfə şəhərə çay içməyə çıxasan, pensiyanın yarısı gedər ki...

Həsən kişi düşünür ki, yüz ilin bir başı Məmməd durub rayondan onun evinə qonaq gəlib: ta simiclik etməyəcəm ki... Olmasın bu ayın pensiyasının yarısı.

Bu minvalla, gecə evə qayıdanadək 4 dəfə müxtəlif yerlərdə əyləşib çay içirlər. Həsən kişi 4 çaynik-həm də ata-baba çayı üçün 25-30 manat xərcləyir. Bunu Məmməd kişi də müşahidə edir. Evə qayıdanda yolda çayla bağlı söhbəti açır və deyir:

-Ay Həsən, bu çay nə yaman qiymətli olub belə? Ay qardaş, bir çaynik su, bir çimdik çay nə vaxtdan 5-6 manat olub ki? Heyif deyil rayon? Bir çaynik çay 1 manatdır. Nə qədər istəyirsən, iç.

Həsən kişi:

-Ay Məmməd, indi nə öz qiymətinə satılır ki? Kim nəyi neçəyə istəyir, satır. İstəyirsən al, istəmirsən xoş gəldin.

Kişilər söhbət edə-edə evə çatırlar. Evdə söhbətə Həsən kişinin oğlu da qoşulur. Deyir, siz hələ sadə çay içmisiniz, bu qədər gileylənirsiniz. Bəs sizə çay dəstgahı versəydilər, nə edərdiniz? Onun qiymətini eşitsəniz, bu gecə yuxunuz qaçar, ona görə də yaxşı olar ki, deməyim.

Kişilər bu məsələni müzakirə edirdilər ki, Həsən kişinin həyat yoldaşı Mənsurə xala ortaya pürrəngi çay gətirir. Həsən kişi bir çaya, bir Mənsurə xalaya baxır, deyir ki, ay Mənsurə bu gün anladım ki, yenidən dünyaya gəlsəm, ölənədək sənin tək bu çay haqqını ödəyə bilmərəm. Çaydır ki, dəmləmisən, çaydır ki, içmişik, çay nədir, say nədir, misalı.

Evdəkilər Həsən kişinin bu sözünə xeyli gülürlər...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri