Icma.az
close
up
RU
Ata ocağında təzyiq yüksəlir ŞƏRH

Ata ocağında təzyiq yüksəlir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Məhərrəm İncənin dönüşü CHP-də balansı dəyişir, parçalanmalar gözlənilir 


Məmləkət Partiyasının sədri Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasına geri dönüb. Türkiyə Böyük Millət Məclisində keçirilən CHP Qrup toplantısında iştirak edən İncə kürsüdə çıxış edib. Bildirib ki, bura şəxsi hesabla gəlməyib: 


"Başqanımız cənab Özgür Özəlin səmimi və ürəkdən gələn dəvəti ilə buradayam. Bəzən ayrılıqlar inciklikdən, bəzən də ümidi başqa yolda axtarmaqdan doğar. Mənim bu gün buraya gəlişim bir qucaqlaşmadır, bir həsrət bitirmədir. Susmayan diliniz, bükülməyən biləyiniz olmaq üçün buradayam". Ekspertlərin fikrincə, İncənin CHP-yə geri dönüşü partiyanı həm gücləndirə, həm zəiflədə bilər. 



Politoloq Zeynal Əmrəliyev "Sher.az"ə deyib ki, Məhərrəm İncə CHP üçün sıradan bir şəxs deyil. Ekspertin sözlərinə görə, İncə iki dəfə partiya sədrliyinə, bir dəfə  prezidentliyə namizəd olmuş bir siyasətçidir: 

"Kifayət qədər iddialı biridir. İncənin partiyanın narazı təbəqəsi, xüsusilə gənclər arasında böyük nüfuzu var. Nəzərə alaq ki, İncə Dəniz Baykal qanadını təmsil edirdi. Onun geri dönüşü ilə bu qrup yenidən aktivləşə bilər. İncənin geri dönüşü CHP-dən qoparaq DEM Partiyasına və digər xırda solçu qruplara gedən radikal sol fikirli gəncləri və İYİ Partiya ətrafında toplaşan AK Partiyaya müxalif mərkəzçi təbəqəni də geri gətirə bilər. Bu, həmçinin müxalifətin birləşməsi imicini də yaradar və daha başqa xırda siyasi təşkilatların CHP-yə qatılmasının əsasını qoya bilər. Ancaq İncənin dönüşünün xeyri ilə bərabər zərəri də kifayət qədərdir. Birincisi, bu, CHP içində yeni bir qrupun meydana çıxmasına səbəb olacaq. Partiya içində hazırda Özgür Özəllə Əkrəm İmamoğlunun tərəfdarları arasında açıq-gizli mübarizə gedir. Bu mübarizəyə İncə qoşula bilər. Ancaq o, bu məsələdə çox da həvəsli deyil. İncənin niyyəti CHP-də barışdırıcı fiqur olmaqdır".


Analitikə görə, digər məsələ isə Məmləkət Partiyasının aqibətidir: 

"İncə CHP rəhbərliyinin təklifinin əksinə bu partiyanı ləğv etmədi. Partiya sədrliyindən istefa verdi və partiyanı ən yaşlı üzvə təhvil verərək ondan partiyanı qurultaya aparmasını xahiş etdi. Təbii ki, Məmləkətin qurultaya alacağı qərarı İncə öncədən müəyyən edəcək. Ancaq o, özü tək CHP içinə gəlib Məmləkəti kənarda saxlamaqla faktiki bazarlıq üçün əlində imkan saxlamış oldu. CHP rəhbərliyi İncəyə istədiyini versə, o zaman Məmləkət CHP-yə birləşəcək. Əks halda isə müəyyən müddət yeni sədrlə yola davam edəcək, İncə istəyəndə CHP-yə birləşəcək. Birləşməsinin tarixi də çox maraqlıdır. Hazırda məhkəmə CHP-nin sonuncu qurultayı barədə qərar verməyə hazırlaşır. Prokurorluq iddia edir ki, sonuncu qurultay düzgün keçirilməyib və buna görə ləğv edilməlidir. Əgər qurultay ləğv edilərsə, qurultayda partiya sədri seçilmiş Özgür Özəlin sədrliyi də ləğv ediləcək. Bu halda məhkəmə partiya rəhbərliyini qurultaydan öncəki sədr Kamal Kılıçdaroğluna təklif edəcək. Kılıçdaroğlu sədrliyi qəbul edib CHP-ni yeni qurultaya aparmalıdır. Əgər Kılıçdaroğlu bu təklifi qəbul etməsə, hökumət CHP rəhbərliyinə qəyyum təyin edəcək, həmin qəyyum partiyanı qurultaya aparacaq. Partiya rəhbərliyi və Kılıçdaroğlu artıq birinci variantda razılaşıb. Məhkəmə qərar verərsə, Kılıçdaroğlu partiya sədrliyini qəbul edəcək, lakin qurultayda yenidən namizəd olmayacaq".


Z.Əmrəliyev qeyd edib ki, Özəlin çəkindiyi bir məqam var ki, Kılıçdaroğlu partiyada bu qısa müddətdə bir sıra dəyişikliklər edə bilər və bu, qurultayda ona ciddi problemlər yaradar:

 "Məhz Özgür Özəlin Kılıçdaroğlunun əsas düşməni Məhərrəm İncə ilə danışıq aparıb onu CHP-yə gətirməsinin əsas səbəbi də məhz budur. Birlikdə mübarizəni təşkil etmək. Ancaq Özəl İncəyə bəzi güzəştlər getməlidir. Məsələn, İncə CHP-nin nizamnaməsini sərt tənqid edir və bunun dəyişməsini istəyir. Özəl burdakı bir neçə maddəni dəyişdirə bilər. Bundan başqa İncə partiyanın Mərkəzi İdarəetmə Qurumunda da yer tələb edəcək. Özəl İncənin adamlarının İdarə Heyətinə seçilməsinə şərait yaratmalıdır. Əsas məsələ isə Məhərrəm İncənin bundan sonra CHP daxilində hansı statusda olacağıdır. Ehtimal ki, ona CHP-nin sədr müavini və ya partiyanın baş katibi vəzifəsi həvalə ediləcək. Daha maraqlı məqam isə seçkilərlə bağlıdır. Hərgah, İncənin adı hər 3 seçkidə - prezident, parlament və bələdiyyə seçkisində keçir. Hazırda CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğludur. Ancaq o, həbsdən çıxmağı bacarmasa, başqa namizəd məsələsi gündəmə gələcək. Hazırda favori namizəd Ankaranın meri Mənsur Yavaşdır. Əgər o, prezidentliyə namizəd olmasa, İncənin parlamentə seçiləcəyi dəqiqdir. Ümumilikdə, Məhərrəm bəyin "Baba ocağı"na dönüşü CHP-də yüksək təzyiqin yaranmasına səbəb olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri