Atalanta Lukmanı Almaniya nəhənginə sata bilər Rəsmi təklif göndərildi
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Devid Ornşteyn yayıb.
Məlumata görə, nigeriyalının xidmətində maraqlı olan "Bayern Münhen" artıq Berqamo təmsilçisinə rəsmi təklif göndərib. Mənbə Münhen klubunun Lukmanı sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürmək istəyir. Xəbərdə afrikalı forvardın hazırda iş yerini dəyişmək barədə düşündüyü də diqqətə çatdırılıb.
Qeyd edək ki, Lukman İngiltərənin "Çarlton" klubunun yetirməsidir. O, "Atalanta"ya keçənə qədər "Everton", "Fulhem", "Lester" və "Leyptsiq"in uğurları üçün çalışıb.
Nihat
Bu mövzuda digər xəbərlər:Qalatasaray Lukmanı transfer etmək istəyir Rəsmi təklif göndərilib
03 Sentyabr 2025 09:13
Türkiyə nəhəngi Lukmanı istəyir
15 Oktyabr 2025 21:14
“Arsenal” Lukmanı transfer etmək istəyir
22 Avqust 2025 13:14
Atalanta oyunçusunun Madrid nəhənginə getdiyini açıqladı
11 İyun 2025 09:01
Atalanta qanalı futbolçunu transfer etdi RƏSMİ
02 İyul 2025 22:51
Baxış sayı:36
Bu xəbər 01 Sentyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















