Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ataları şəhid oldu, onlar məktəbli Şəhid övladlarının ilk DƏRS GÜNÜ

Ataları şəhid oldu, onlar məktəbli Şəhid övladlarının ilk DƏRS GÜNÜ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətən müharibəsinin şəhidi Süleyman Qarayevin oğlu Həsən bu gün 1-ci sinfə qədəm qoyub. Atası şəhid olarkən Həsən 3 günlük körpə imiş.

Həsənin anası Şəlalə Qarayeva övladının ilk tədris iliylə bağlı öz təəssüratlarını Modern.az-la bölüşüb.

"Atası şəhid olanda Həsən cəmi 3 günlük körpə idi. Ona görə də Həsən böyüyərkən atası fiziki olaraq onun yanında olmadı. Amma onun arzuları, düşüncələri, övladları üçün qurduğu xəyallar həmişə bizimlə yaşadı".

Şəhid xanımı qeyd edib ki, həyat yoldaşının uşaqları ilə bağlı ən böyük arzusu onların hərtərəfli və savadlı insanlar kimi böyüməsi olub:

"Xüsusilə şahmata böyük önəm verirdi. Deyirdi ki, şahmat oynayan uşaq bütün fənləri daha yaxşı qavraya bilər. Mən də onun bu istəyini nəzərə alaraq uşaqları şahmata qoydum. Şükürlər olsun ki, hər ikisi yarışlarda 1-ci, 2-ci yerləri tutublar. Müəllimləri də uşaqlardan çox razıdırlar. Bu, mənim üçün həm böyük sevincdir, həm də onların atasının arzularının bir növ davamıdır".


Şəlalə xanımın sözlərinə görə, övladının adını şəhid Süleyman Qarayev özü seçib.

"Oğlumuzun adını həyat yoldaşım özü seçmişdi. Həsən özü də atasına çox oxşayır. Mən düşünürəm ki, Həsən atasını görməsə də, böyüdükcə atasının adını, arzularını və onun haqqında danışılan xatirələri daha yaxşı anlayacaq".

Şəlalə Qarayeva övladı ilə birlikdə sevinc hissləri yaşayır:

"Mən qürurlu və sevincliyəm. Amma bir tərəfdən də bilirəm ki, onun ürəyində atasının yeri başqadır və mən o boşluğu nə etsəm də, doldura bilmərəm".

Şəhid xanımı deyib ki, bu gün məktəbə getməzdən əvvəl uşaqlarla məzarlığa baş çəkib:

"Həsən məzarlığa gedənə qədər o qədər sevinirdi. Sanki atası onu məktəbli formasında görəcəkdi. Yol boyu deyirdi: “Çatan kimi atama salam verəcəm, sonra da onu öpəcəm". Mən başa düşürəm ki, məzar onun üçün bir növ atasına yaxınlıq yeridir".

Şəhid xanımı onu da qeyd edib ki, həyat yoldaşının ruhunun övladlarıyla fəxr etdiyinə inanır.


15 sentyabr tarixində 1-ci sinfə gedən uşaqlar arasında şəhid İsmayıl Səmədovun övladı da var.

Şəhid xanımı Bəsti Səmədova Modern.az-a deyib ki, İsmayıl Səmədov övladını 9 ay görə bilib:

"İsmayıl Mehdini çox az görüb. Şəhid olanda Mehdi hələ 9 aylıq idi və onunla bağlı xəyalları var idi. Mehdi hələ körpəlikdə hardansa tutub yeriməyə çalışanda İsmayıl deyirdi ki, "Mehdi gələcəyin idmançısı olacaq". Mən isə həmişə deyirdim "Mehdi pilot olacaq". İndi isə düşünürəm ki, ağıllı, sağlam böyüsün, istədiyi peşəni özü seçsin".

"İsmayıl müharibəyə getdiyi gün Mehdini qucağına alıb bir cümlə demişdi. "Ananla bacını sənə əmanət edirəm, yaxşı bax onlara".

İndi mən Mehdiylə danışanda ona deyirəm ki, atan bizi sənə əmanət edib. Sən ağıllı, savadlı, uğurlu olacaqsan, atanın əmanətlərinə sahib çıxacaqsan və onun ruhu səninlə fəxr edəcək", - deyə Bəsti xanım övladının ilk Bilik Günü ilə bağlı hisslərini bölüşərkən əlavə edib.

"15 sentyabr çox təsirli, həmçinin qürur dolu bir gün oldu. Mehdi ilə bərabər daha iki şəhidin övladları eyni məktəbə, 1-ci sinfə qədəm qoydu.
Düşünəndə ki, onlar atalarının üzlərini xatırlamırlar, sadəcə şəkillərdən görüblər, bu günün sevinc və həyəcanı ilə bərabər, çox təsirli hisslər də keçirdik. Uşaqların da üzlərində sanki bir nisgil var idi".

Lamiyə Cənnətzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri