Ölməyə “kömək edəcəklər”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın Konstitusiya Şurası sağalmaz xəstəlikdən əziyyət çəkən yetkin şəxslərin həyatlarına son verməsinə tibbi yardım göstərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ölkənin ən yüksək konstitusiya orqanı iyulun 15-də Fransa Parlamenti tərəfindən qəbul edilən qanun layihəsi ilə bağlı qərarını açıqlayıb.
Sağalmaz xəstəlikləri olan yetkin şəxslərin ölməsinə tibbi yardım göstərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyən Konstitusiya Şurası sənədin bəzi müddəalarına da aydınlıq gətirilməsini istəyib.
Aydınlaşdırılmalı məsələlər arasında hüquqi fəaliyyət qabiliyyəti olmayan yetkin şəxslərə tətbiq ediləcək şərtlər və proseduru həyata keçirəcək səhiyyə işçilərinin vicdanına görə imtina hüququ da yer alıb.
Qanun 18 yaşdan yuxarı Fransa vətəndaşlarını, eləcə də, uzun müddət ölkədə yaşayan və ciddi, sağalmaz xəstəliklərdən əziyyət çəkən şəxsləri əhatə edir.
Qanuna əsasən, tibbi yardımla intihar proseduru həkimlə məsləhətləşmədən sonra xəstənin özü tərəfindən həyata keçirilməlidir.
Əgər xəstə fiziki vəziyyətinə görə bunu özü edə bilmirsə, proseduru həkim və ya tibb bacısı həyata keçirə bilər.
Qanun şəxsin müəyyən şərtlərə cavab verməsini tələb edir. Bunlara xəstəliklə əlaqəli dözülməz ağrı və ya əzabdan əziyyət çəkmək, həmçinin öz iradəsini sərbəst və şüurlu şəkildə ifadə edə bilmək daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Avqust 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















