Atanga Desmond Fanvi: Kolonial dövrdə çox sayda insan təhqir olunurdu
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Kolonializmin bu gün yeni nəsillər üzərindəki psixoloji təsirlərinə baxdıqda görürük ki, biz afrikalılar mədəniyyət baxımından da ciddi təsirlərə məruz qalmışıq".
Oxu.Az xəbər verir ki, bunu Kesmonds Beynəlxalq Universitetində psixologiya, təhsil və sahibkarlıq professoru, Afrika Peşəkar Sertifikatlaşdırma İnstitutunun sədri Atanga Desmond Fanvi Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda "Təqdimat və məsuliyyət: Simvolik jestlər və təminatlar" mövzusunda aparılan müzakirələr zamanı deyib.
O bildirib ki, kolonializmin Konqo və ümumilikdə Afrikanın insanlarına psixoloji təsirlərinə heç vaxt unudulmayacaq bir tarixdir. Valideynlərimizin keçirdiyi təcrübələr - travma, stres, yaşadıqları mühit, necə işlədikləri, necə işgəncə gördükləri onların yaddaşında iz buraxdı. Bu yaddaşda izlər formalaşdıqdan sonra genetik xüsusiyyətlər adlandırdığımız bir hal əmələ gəldi. Bu genetik xüsusiyyətlər epigenetik mexanizm adlanan bir ardıcıllığa keçdi. Yəni, genlərdə dəyişiklik etmədən təcrübələrin təsiri nəticəsində genlərdə mexaniki dəyişikliklər yaranır və bu, insanın reaksiyalarına təsir edir.
Biz valideynlərimizin genlərini eyni şəkildə miras almış olsaq da, onların yaşadığı təcrübələr bizə müxtəlif formalarda təsir göstərdi".
"Kolonial dövrdə çox sayda insan təhqir olunurdu: sən çirkinsən, qarasan, köksən. Bu ifadələr bizim ulu babalarımızın şüuraltı yaddaşına hopdu və nəsildən-nəslə keçdi. İndi bəzən valideyn uşağına deyir: "sən çirkin, qara qızsan". Uşaq da bu fikirlə böyüyür - "mən çirkinəm". Amma bu, onun valideynindən gəlir. Valideynin özü isə bunu öz valideynindən eşidib. Onların babaları isə bunu kolonizatorlardan eşidiblər. Beləcə, bu psixoloji zəncir bir nəsildən digərinə ötürülür.
Mədəni sahədə isə kolonializmlə bağlı problemləri hədəfləyən, zərərçəkmiş icmaları müəyyənləşdirən icmaəsaslı layihələr və proqramlar həyata keçirmək lazımdır.
Əgər biz təminat və ya təzminat (reparation) məsələsindən danışırıqsa və bu mövzuda hökumətlə işləyiriksə, gərək unutmayaq ki, hökumət özü kolonial ağaların yaratdığı bir qurumdur. Yəni, istər-istəməz biz yenidən tarixə qayıdırıq", - professor qeyd edib.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 31 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















