Icma.az
close
up
RU
Atası azərbaycanlı olan Xocalı canisi həbsin bir addımlığında

Atası azərbaycanlı olan Xocalı canisi həbsin bir addımlığında

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın baş prokuroru spikerdən keçmiş müdafiə naziri Seyran Ohanyanın qandallanmasına razılıq verməyi xahiş edib; onu dəmir barmaqlıqlar arxasında görmək xoş mənzərə olacaq...

Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin sədri Alen Simonyandan “Hayastan” deputat fraksiyasının rəhbəri, Xocalı canilərindən olan Seyran Ohanyan və deputat Artsvik Minasyana qarşı cinayət işinin başlanmasına razılıq verməyi xahiş edib.

Erməni mediasının yazdığına görə, cinayət işi 2010-2015-ci illərdə Sevan Milli Parkına məxsus Qeqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsindən gedir. Ohanyan müdafiə naziri işləyərkən bu torpağı mənimsəməkdə və büdcə vəsaiti hesabına malikanə tikməkdə ittiham olunur. Artsik Minasyan isə 2016-2018-ci illərdə təbiəti mühafizə naziri vəzifəsində çalışarkən Ohanyanın hərəkətlərinə hüquqi qiymət verilməsi üçün heç bir tədbir görməyib. Üstəlik, cinayəti gizlətmək üçün bəzi sənədləri saxtalaşdıraraq Ohanyanla əlaqəsi olan şəxslərə tikintiyə icazə verib.

Seyran Ohanyan baş nazir Nikol Paşinyana impiçment elan edəcəyinə söz verib və bu yöndə aktiv çalışır. Artıq Alen Simonyan baş prokurorun xahişinin təmin ediləcəyini bildirib. Təəssüf ki, həbs hədəsi Ohanyanın Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərlə bağlı deyil. Onun həbsi isə parlamentin radikal müxalifətdən olan üzvlərinin sayını daha da azaldacaq ki, bu da impiçment prosedurunu daha əlçatmaz edəcək.

Bəs Ohanyanın mandatından məhrum edilərək həbsə atılması ehtimalı nə qədərdir?

Ohanyan o hərbi canidir ki, Xocalı genosidinin törədilməsində iştirak edib. Həmçinin Qarabağ işğal altında olduğu dövrdə “Ohanyan xətti” deyilən təmas bölgəsi yaradılmışdı. 44 günlük müharibədə isə qəhrəman Azərbaycan əsgərləri “Ohanyan xətti”ni darmadağın etdilər. Könül istərdi ki, bu hərbi cani də Bakıda mühakimə edilsin. Onun yeri Araik Aryutyunyanın, Ruben Vardanyanın, Bako Saakyanın yanıdır. Bununla belə, Ermənistan prokurorluğu onun saxlanması üçün sanksiya verərsə, bütün hallarda onu dəmir barmaqlıqlar arxasında görmək xoş mənzərə olacaq.

Onu da demək lazımdır ki, Ermənistanda iqtidarla revanşistlərin qarşıdurması böyüyür. Hakimiyyət həm kilsə, həm keçmiş “Qarabağ klanı” ilə döyüşməkdədir. Gələn ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində hakimiyyət “ayaq altındakı daşları yığışdırır”. Onları istintaq altında saxlamaqla siyasi cəhətdən zərərsizləşdirir. Belələrindən biri də parlamentdə davamlı olaraq hürən Ohanyandır ki, həbsin bir addımlığındadır.

Xatırladaq ki, Azərbaycanın Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçısı olan Ohanyan Seyran Muşeqoviçin Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. 

 Çingiz Qənizadə

Ölkə.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, Azərbaycan tərəfindən Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Onun sözlərinə görə, Xocalı canilərindən Köçəryan və Sərkisyan da məsuliyyətə cəlb olunmalıdır: “Belə desək, "Ohanyan xətti" məhv edilib, qalır ohanyanların həbsini həyata keçirmək. Hazırda Ermənistanın onları Azərbaycana verməsi real görünmür. Amma ən azından orada cəza çəkmələri lazımdır. Ohanyanın barəsində ittihama gəlincə, torpaq mənimsəməkdə və büdcə vəsaiti hesabına malikanə tikməkdə ittiham olunur. Yəni burada korrupsiya faktından söhbət gedir. Onun mandatdan məhrum edilərək həbs olunması istisna edilmir. Amma həbs-qətimkan tədbiri seçilmədən də istintaqa cəlb olunması, sonra işin məhkəməyə verilməsi mümkündür. Bu zaman da Ohanyan tez-tez ifadə verməyə çağırılacaq. Fikrimcə, məqsəd onu təzyiq altında saxlamaqdır. Ümumiyyətlə, Ohanyan parlamentdə olduqca aqressivdir, hökuməti ittiham edir. Odur ki, onun ifşası davam etdirilir. Əgər baş pokuror spikerdən bu xahişi edibsə, reallaşması an məsələsidir".

Hüquq müdafiəçisi qeyd edib ki, Ohanyan korrupsiya əməllərindən daha ağır cinayətlər törədib: “Onun Azərbaycanda törətdiyi qırğınlar, hərbi cinayətlər əsasında istintaq aparılması daha ədalətli olardı. İstənilən halda, Ohanyan kimilərin "kitabı bağlanıb". Azərbaycan Ordusu onun səddini məhv elədi, özü də bu mənzərənin şahidi oldu, Ermənistanda isə siyasi meyitə çevrilib, heç bir nüfuzu yoxdur, indi də məhkəmə və istintaq qapılarında qalacaq. Bu qüvvələr tamamilə bitib".

Qeyd edək ki, Seyran Ohanyan 1962-ci il, iyulun 1-də Azərbaycanın o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində (bəzi mənbələrə görə, Daşaltı kəndində) anadan olub. Onun atasının azərbaycanlı Surxay Mədətov olduğu bilinən faktdır. Amma rəsmi məlumatlarda deyilir ki, atası olmuş Muştaq adlı erməni Ermənistanda - Gorusda anadan olub.

Surxay Mədətovla erməni Aida Ohanyan Şuşadakı təhsil müəssisələrindən birində tanış olublar. 1961-ci ildə onlar ailə həyatı qurublar. 1969-cu ildə Seyranın atası arvadının pozğunluğuna görə Şuşa bazarında onun üzünə kislota atıb. Lakin ölməyib, müalicə olunub sağalıb. Bu hadisəyə görə atası həbs edilib, 3 illik həbsdən çıxandan sonra vərəm xəstəliyindən ölüb. Seyran Ohanyanın bacısı da Şuşada doğulub, Bakıda yaşayıb və məlum hadisələr başlayanda Moskvaya köç edib.

Ohanyan 1969-1979-cu illərdə Şuşada 2 saylı rus məktəbində təhsil alıb. 1979-cu ildə isə 10 illik təhsilinə yekun vuraraq Bakı Ali Hərbi Ümumqoşun məktəbinə qəbul olub. Ohanyan Bakıda hərbi təhsil aldığı illərdə erməni həkim qadınla evlənib. Xidmət illərinə Almaniyada SSRİ birliklərində başlayan Ohanyan sonra Gəncədə dislokasiya olunmuş 23-cü diviziyada hərbi xidmətdə olub. Sonra Xankəndidəki 366-cı motoatıcı alayda bölük komandiri təyinatı alıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıya hücumu zamanı Seyran Ohanyan 366-cı motoatıcı alayın tərkibində bu qətliamın istirakçılarından olub. 1992-ci ilin sentyabrında Xocavənd döyüşlərində ağır yaralanıb, ayağının birini itirib.

O, Serj Sərkisyanla olan yaxın dostluğu sayəsində Sərkisyan prezident olandan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi, sonra isə müdafiə naziri postuna gətirilib. 2008-ci ilin aprelindən 2016-cı ilin oktyabrınadək Ermənistanın müdafiə naziri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri