Atası Yamalla nə haqda söhbət edərkən ağlayıb? Əllərimi ovuşdururam...
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
"Barselona"nın cinah oyunçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun bir neçə "Qızıl top"u qazana biləcəyinə inanır.
Publika.az xəbər verir ki, Nasraui bu barədə “France Football”a müsahibəsində deyib.
“Onun ulduz olduğunu, başqaları kimi olmadığını tez başa düşdüm. Çox erkən yaşlarından uşaq arabasında top var idi.
Mən həmişə ona inanmışam, dostlarıma onun dünyanın ən yaxşı oyunçusu olacağını, əsl almaz olduğunu daima deyirdim. O, meydanda və meydandan kənarda əvvəlki kimi qalmalı, əylənməlidir. İndi o, kişi olub. Keçən gün bu barədə ona danışdım və göz yaşlarımı saxlaya bilmədim.
Onun “Qızıl top”a namizəd olması məni təəccübləndirmədi, siz onun bacardıqlarının yalnız 20 faizini görmüsünüz. Mən onu cinah oyunçusu yox, on nömrə hesab edirəm. Onda Zinəddin Zidan kimi mərkəzdə, hücumçunun arxasında oynamaq bacarığı və xarakteri var. Görəcəksiniz. Əllərimi ovuşdururam, “Qızıl Top”u onun qazanacağını düşünürəm", - Nasraui deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















