Icma.az
close
up
RU
Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 avqust, AZƏRTAC

Uşaq vaxtı atasına “gələcəkdə səfir olacağam” deyən Zəhra Xəlilzadə bu gün həmin arzusu istiqamətində ilk böyük addımını atıb. Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun qızı Zəhra Xəlilzadə 533 balla Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasına qəbul olub. Atasının illər əvvəl söylədiyi “Hansı peşəyə yiyələnirsən, bu sənin öz seçimindir, ancaq onu layiqincə yerinə yetirməyi unutma” sözləri isə onun üçün bu yolda xüsusi məna daşıyır.

İ.Əfəndiyev adına Elitar Gimnaziyanın məzunu olan Zəhra məktəb illərində də uğurları ilə seçilib. Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində də 3-cü yeri tutub.

Zəhra Xəlilzadə AZƏRTAC-a müsahibəsində beynəlxalq münasibətlər ixtisasını seçməsinin səbəbindən danışıb.

“Uşaq vaxtı həmişə atama deyirdim ki, gələcəkdə səfir və ya diplomat olacağam. O da mənə gülümsəyib deyərdi: “Hansı peşəyə yiyələnirsən, bu sənin öz seçimindir, ancaq onu layiqincə yerinə yetirməyi unutma”. Ölkələri səyahət etməyi, daim özümü inkişaf etdirməyi, araşdırma aparmağı, yeni məlumatlar öyrənməyi, siyasəti və diplomatiyanı çox sevirəm. Ona görə düşündüm ki, mənim üçün ən doğru seçim beynəlxalq münasibətlər olacaq.

İmtahanlara isə çox sərt rejimdə hazırlaşdım. Bir müddət bütün sosial şəbəkələrdən uzaqlaşdım. Lakin zamanla səhhətimdə problemlər yaranmağa başladı. Anladım ki, istirahət etmək, vaxtdan düzgün istifadə etmək də vacibdir. Qrafikimi dəyişdim, vaxtımı düzgün bölməyə başladım və çox çalışmaq yox, düzgün çalışmaq metodunu kəşf etdim.

Şəkil çəkmək, mütaliə etməklə çətinliklərin öhdəsindən gəlməyə çalışırdım. Mən çox yaxşı əzbərçilik bacarığına malik idim. Hətta beş il musiqi məktəbində təhsil almışam. Müəllimim gözlərimi bağlayırdı ki, onun əllərinə baxmadan fortepiano ifa edim və musiqini duyum. Buna baxmayaraq, tarix dərsindən özümü həmişə zəif hiss edirdim və yüksək nəticə toplayacağıma şübhə ilə yanaşırdım. İmtahana az qalmışdı və mən şikayətlənməyə başladım ki, tarix fənnindən heç nə yaza bilməyəcəyəm. Bu fikrimi evdə anama danışdım, gecə yatdım və yuxuda gördüm ki, atam mənə tarix dərsindən test izahı verir və deyir: “Söz verirəm, bu dəfə səni tək qoymayacağam, geri qayıdacağam”. İmtahanda tarix fənni üzrə gözlədiyimdən də yüksək nəticə göstərdim. Mənim üçün ən maraqlı hadisə bu idi”, - deyə Zəhra Xəlilzadə qeyd edib.

Zəhranın sözlərinə görə, bu uğurun arxasında anasının da böyük zəhməti dayanır: “Yaşadığımız yer ilə hazırlığım arasında çox məsafə var idi. Dərs başlamazdan bir saat yarım əvvəl evdən çıxmalı olurdum. Səhhətimdəki narahatlığa görə avtobus və metrodan istifadə edə bilmirdim. Anam işdən həmişə tez çıxır, tələsik məni götürüb hazırlığa aparırdı. Üç-dörd saata yaxın soyuqda maşında mənim dərsdən çıxmağımı gözləyirdi. Bu uğurumun arxasında onun da əməyi var. Mən hər şeyə görə ona borcluyam. O, mənə yalnız ana yox, həm də ata oldu. Qəbul xəbərləri çıxanda isə çox sevindim. İlk olaraq anamın üzünə baxdım və gözlərim doldu. Çünki bunu bacarmaq üçün əlimdən gələni etmişdim”.

Beynəlxalq münasibətlər sahəsində dərin bilik və peşəkar bacarıqlar qazanmaq, xarici dil biliklərini inkişaf etdirmək istəyən Zəhra gələcəkdə uğurlu diplomat və beynəlxalq əlaqələr üzrə mütəxəssis olmağı qarşısına məqsəd qoyub.

Müxbir - Nərmin Muradzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri