Icma.az
close
up
RU
Atasının taleyini yaşayan övlad deportasiya dəhşətləri unudulmur AZƏRTAC

Atasının taleyini yaşayan övlad deportasiya dəhşətləri unudulmur AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 25 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Ötən əsrin 80-ci illərinin sonunda ermənilər tərəfindən el-obasından, evindən didərgin salınanlar arasında Qərbi Azərbaycanın Amasiya rayonunun Oxçuoğlu kəndinin sakinləri də var. Qərbi Arpaçayın sağ sahilində yerləşən kəndin əhalisinin taleyinə qaçqınlıq, yurd həsrəti, nisgil yazılıb. Qədim türk yurdu Oxçuoğlu oraya gəlin köçən Azadə Rüstəmova üçün də doğma diyara, əziz yurda çevrilib. 71 yaşlı kənd sakini AZƏRTAC-ın bölgə müxbirinə Oxçuoğluda keçən günlərindən, xoş xatirələrindən, qaçqın həyatının ağırlığından danışıb.

Onun sözlərinə görə, kəndi, ev-eşiyini, 10 ilə yaxın müəllim işlədiyi məktəbi, şagirdlərini, bir sözlə, oraya aid bütün xatirələri bugünkü kimi yaddaşındadır. “Atam Daşdan Rüstəmov Amasiya rayonunun Düzkənd kəndindən idi. 1948-ci ildə anası, bacıları ilə birgə ermənilər tərəfindən deportasiyaya məruz qalaraq Bakıya üz tutub. Anamla ailə qurduqdan sonra Mingəçevirdə yaşamağa başlayıblar. 1953-cü ildə mən orada anadan olmuşam. İndiki adı ilə Bakı Dövlət Universitetini bitirmişəm. 1977-ci ildə Oxçuoğlu kəndinə gəlin köçmüşəm”, - deyən Azadə Rüstəmova atasının yaşadığı qaçqınlıq həyatının ağrı-acısını illər sonra özünün də yaşayacağından xəbərsiz şəkildə bu yurda bağlanıb. O, Oxçuoğlununun səfalı, zəngin adət-ənənlərə malik, gözəl kənd olduğunu bildirir.

“Kəndin adının "Kitabi-Dədə Qorqud" dastanındakı Ənsə Qoca oğlu Oxçunun adı ilə əlaqədar olaraq, oxçuoğlu etnonimindən yarandığı deyilir. Oğuzların irsini yaşadan yurd yerindəki qəbiristanlıqda üzərində qədim yazılar olan köhnə daşlar var idi. Kənddə mədəniyyət evi, kitabxana, böyük məktəb fəaliyyət göstərirdi. Həyat yoldaşım Ziyadxan Məhərrəmov məktəbdə fizika və riyaziyyat, mən isə Azərbaycan dili və ədəbiyyatı fənnlərini tədris edirdik”, - deyən müsahibim vurğulayır ki, kənddə ancaq azərbaycanlılar yaşayıb.

Ərazisindən çay keçən yurd yerində torpaq münbit olub, əhali əsasən əkinçilik və heyvandarlıqla dolanıb. İnsanlar şad və kədərli günlərində bir-birinin yanında olublar. “Novruz bayramını çox təmtaraqlı keçirirdik. Tonqallar çatılardı, yallı gedilərdi, körpə uşaq beşiyinə, yeni evlilərin evinə aydınlıq olsun deyə su səpilərdi, dadlı təamlarla süfrələr qurulardı. Qışda xəşil, əvəlikli aş, qovurma edərdik, soyuqdəyməyə də yaxşı təsir edərdi. Təndirdə çörək bişirməyi də orada öyrəndim”, - deyən müsahibimin üzündə təbəssüm yaranır.

Azadə Rüstəmova işlədiyi məktəbdə tədrisin keyfiyyətli olduğunu, məzunların sonralar öz uğurları ilə müəllimlərinin qüruruna çevrildiyini də qeyd edir. Məktəbə həvəslə gələn şagirdlərin bilikli, savadlı olması üçün azərbaycanlı müəllimlər əllərindən gələni əsirgəməyiblər. “Məktəbimizdəki tədbirlərdə pianoda ifa edirdim, uşaqlar görkəmli bəstəkarlarımızın əsərlərini dinləməyi çox sevirdilər, ədəbiyyatımıza böyük maraq göstərirdilər. Başqa yerlərdən dərs deməyə gələn erməni müəllimlər isə bizə həsəd aparırdılar. Şagirdlərin dediyinə görə, onlar dərs zamanı işarət barmağı ilə uşaqların başına döyəcləyərək, “Siz türklər oxuyan deyilsiz” deyib, onları ruhdan salmağa çalışırlarmış”, - deyə həmsöhbətim bildirir. O, azərbaycanlıların hər yerdə sıxışdırıldığını, şəhərə alış-veriş üçün üz tutduqları zaman erməni satıcıların onlara mal satmadıqlarını, azərbaycanlılardan nəsə alanda isə ən ucuz qiymət təklif etdiklərini də xatırlayır. Ali savadlı azərbaycanlıları ağır işlərə cəlb etmək istəyən ermənilər gizli və ya aşkar şəkildə öz nifrətlərini büruzə verirlərmiş: “Kolxozumuzun sədrini qəsdlə qəza şəraiti yaradaraq, qonşu kənddən Natiq həkimi isə zəhərləyərək öldürmüşdülər. Həyat yoldaşım həm də sənətkar idi. Bir dəfə möhkəm xəstələnmişdi. Təsəvvür edin, iş o yerə çatmışdı ki, kənddəki insanlar onu şəhərə xəstəxanaya apararkən “Sən danışma, azərbaycanlı olduğunu bilsələr öldürəcəklər, elə bilsinlər ki, lalsan” deyib tənbeh etmişdilər”.

Müsahibim 1988-ci ilin qışında ermənilərin əhaliyə qarşı təhdid və təzyiqlərinin daha da artdığını bildirir. İdarələrdə insanlara lazım olan sənədləri vermirlər, onların kənd ərazisini tərk etməsi, ərzaq gətirməsi təhlükəli hala çevrilir, valideynlər övladlarını məktəb və uşaq bağçalarına belə ehtiyatla göndərirlər. Bu ağır günlərdə zəlzələnin baş verməsi Oxçuoğlu sakinlərini daha da çətin vəziyyətə salır. “1988-ci il dekabrın 7-də məktəbdə idim. Birdən bina silkələndi, pəncərədən baxanda hər yerin toza qərq olduğunu gördüm. Həyat yoldaşım xəsarət almışdı, buna baxmayaraq, bir təhər oradan çıxıb, çayı ayaqyalın keçərək evə qaçdıq. Evimiz zərər görsə də, 3 övladımız da sağ idi. Əksər evlər yararsız vəziyyətdə idi. Təbii ki, bizə yuxarılardan kömək edən olmadı. Ac-susuz, naçar vəziyyətdə idik”, - deyən müsahibim sonda kəndi tərk etmək məcburiyyətində qaldıqlarını söyləyir. O, yaşadıqları çətinliklərin yaddaşlarında silinməz izlər qoyduğunu bildirir: “Saman damına yığılırdıq, kişilər gecələr keşik çəkirdilər. Ermənilər kənddən çıxanların malını talayır, həyatları üçün təhlükə yaradırdılar. Dözülməz vəziyyətə düşüb, mal-mülkümüzü, ev-eşiyimizi orada qoyub canımızı qurtardıq. Demək olar ki, kəndi ən son biz tərk etdik, yoldaşım “Əzizlərimin qəbri buradadır, getməyəcəm” – deyirdi”.

Azadə Rüstəmovanın sözlərinə görə, övladları ilə birgə çox çətinliklə Samux rayonuna gəlib-çıxa biliblər. Uzaq yolda çəkdikləri məşəqqəti hələ də qəhərlənərək xatırlayır: “Bir nazik geyimdə dona-dona gəldik. 9, 10 yaşlı qızlarım, 5 yaşlı oğlum yol boyu aclıqdan və soyuqdan ağlayırdılar, mən bir ayağımı hiss etmirdim, sonradan xəstələnib, yatağa düşdük. Heç kəs sağ qurtulduğumuza inanmırdı. Yurd həsrətinə məhkum edildik, mənəvi zərər, maddi ziyan gördük. Ürəyimizə dağlar çəkildi”. Hər dəfə xatirələrini dilə gətirərkən də, o torpaqlara qayıdacağına inamını ifadə edir. Bildirir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağa qayıtdığımız kimi, gec-tez Qərbi Azərbaycana da qayıdacaqlar. Onun ləyaqətli qayıdışa, hüquqlarının bərpasına inamı tamdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see124

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see114

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri