Icma.az
close
up
RU
Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı şəhəri 93 nömrəli tam orta məktəbin müəllimi Failə Babayevanın oğlu Hafiz İsmayılov 1983-cü il iyunun 6-da Xocavənd rayonunun Xocavənd kəndində anadan olub. 1989-cu ildə kənd məktəbində birinci sinfə gedib. Həmin il atası Ramiz İsmayılov Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Uşaqlıqdan doğma kəndində güllə səsləri eşidən Hafiz 1991-ci ildə ailəsi ilə birlikdə Xocavənddən köçərək Ağcabədi rayonunda məskunlaşıb. 2000-ci ildə Ağcabədidə yerləşən Xocavənd 1 nömrəli orta məktəbi bitirib. 2003-cü ildə hərbi xidmətə yollanıb. Murovda yerləşən 93 saylı hərbi hissədə xidmət edən Hafiz həmin il iyunun 15-də düşmən gülləsinə tuş gələrək şəhid olub. Hafiz İsmayılov Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib.

Bakı şəhəri 93 nömrəli tam orta məktəbdə musiqi müəllimi işləyən Failə Babayeva AZƏRTAC-a açıqlamasında oğlu Hafizin həyat yolundan danışıb: “Hafiz atasının şəhidliyini heç vaxt unutmadı. Atası Ramiz 1989-cu ildə Qarabağ uğrunda şəhid oldu. Hafiz hələ uşaq idi. Amma atasının yoxluğu, kənddə eşitdiyi güllə səsləri onun yaddaşında qaldı. O, atasının yolunu davam etdirmək istəyirdi. Vətənə xidmət etmək onun üçün çox böyük arzu idi.

Xocavənddə uşaqlığı çox çətin keçdi. Atasını itirmişdi, kəndimiz tez-tez atəşə tutulurdu. 1991-ci ildə doğma yurdumuzu tərk etməyə məcbur olduq, Ağcabədidə məskunlaşdıq. Amma Hafizin ürəyi həmişə Xocavənddə idi. Doğma kəndindən danışanda gözləri dəyişirdi. Atasının xatirəsi də həmişə onunla idi.

Məktəb illərində çox çalışqan, tərbiyəli, mehriban uşaq idi. Müəllimləri onu sevirdi. Məktəbi bitirəndən sonra onun ən böyük arzusu Vətənə xidmət etmək oldu. Hətta müəyyən səbəblərə görə onu əsgərliyə aparmırdılar. Hafiz bununla razılaşmadı, öz istəyi ilə hərbi xidmətə getdi. Onun üçün hərbi xidmət sadəcə əsgərlik deyildi. Hafiz bunu Vətən qarşısında borc bilirdi. Atasının yolunu davam etdirmək istəyirdi. 2003-cü ildə Murovda yerləşən 93 saylı hərbi hissədə xidmət edirdi. Təhlükəli postlardan birində dayanırdı. Ayıq-sayıq idi, məsuliyyətli idi. Hər şeyə ciddi yanaşırdı. Biz də onunla fəxr edirdik”.

Hafizin anası oğlunun 20 yaşını tamamlamasından cəmi doqquz gün sonra şəhid olduğunu söyləyib: “İyunun 6-da Hafizin 20 yaşı tamam oldu. Cəmi doqquz gün sonra - iyunun 15-də şəhid oldu. 20 yaşında bir gənc idi. Qarşıda onu uzun bir həyat gözləyirdi. Amma Vətən sevgisi onun üçün hər şeydən üstün idi.

Hafiz atasının yolunu davam etdirdi. Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi. Ata və oğulu birləşdirən ən böyük dəyər Vətən oldu. İkisi də öz ömrünü Vətənə həsr etdi. Hafiz cəmi 20 il yaşadı. Amma bu 20 ildə çox böyük bir həyat yaşadı. Atasını itirdi, doğma yurdunu tərk etdi, amma Vətən sevgisini heç vaxt itirmədi. Bu gün onun adı bizim üçün çox əzizdir. Mən bir ana kimi onunla fəxr edirəm. Çünki oğlum atasının yolunu davam etdirərək Vətən uğrunda şəhid oldu”.

Müxbir - Nərmin Muradzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri