“Atəşgah” Sığorta beynəlxalq yarışa yollanan idmançıları sığortaladı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər zaman yeniliklərə imza atan “Atəşgah” Sığorta Şirkəti bu dəfə də Misirin Əl-Qalala şəhərində keçiriləcək “Triatlon üzrə Afrika Kuboku” yarışında iştirak edəcək azərbaycanlı idmançı və məşqçiləri sığorta ilə təmin edəcək.
Beynəlxalq yarışa yollanan komandanın sığortalanması məqsədilə Azərbaycan Triatlon Federasiyası məşqçilər Kərimov Balaheydər və Mordasov Aleksandr, eləcə də idmançılar Xəlilova Milanə, Abduləzizova Leyla, Rzazadə Əli və Məmmədli Toğrulun sığorta təminatını “Atəşgah” Sığorta Şirkətinə həvalə edib.
Səyahət sığortası çərçivəsində təqdim olunan paket səfər müddətində yarana biləcək gözlənilməz halları əhatə etməklə mümkün risklərin maliyyə təminatını nəzərdə tutur.
Bu isə idmançılarımızın diqqətini yalnız yarış performansına və yüksək nəticələrin əldə olunmasına yönəltməyə imkan yaradır.
“Atəşgah” Sığorta Şirkəti ölkəmizi beynəlxalq arenada təmsil edən idmançılara göstərdiyi dəstəyi gələcəkdə də davam etdirməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 20 Fevral 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















