Icma.az
close
up
RU
Atəşkəs pozuldu: ABŞ və İran arasında qarşılıqlı zərbələr

Atəşkəs pozuldu: ABŞ və İran arasında qarşılıqlı zərbələr

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tankerə hücumdan sonra ABŞ İrandakı hərbi obyektləri vurub

ABŞ və İran arasında hərbi qarşıdurma yenidən kəskinləşib. Qaynarionfo-nun verdiyi xəbərə görə, Vaşinqtonun İrandakı hərbi obyektlərə endirdiyi yeni aviazərbələrdən sonra Tehran Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi infrastrukturunu hədəfə aldığını açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, prezident Donald Trampın göstərişi ilə həyata keçirilən əməliyyat İranın Hörmüz boğazı yaxınlığında Panama bayrağı altında üzən, 2 milyondan çox barel neft daşıyan M/T Kiku tankerinə kamikadze PUA ilə hücumuna cavab olub.

Vaşinqton daha sərt addımları istisna etmir

CENTCOM bildirib ki, zərbələr zamanı İranın hərbi kəşfiyyat obyektləri, rabitə sistemləri, hava hücumundan müdafiə mövqeləri, PUA anbarları və dəniz minalama obyektləri hədəfə alınıb.

ABŞ prezidenti Donald Tramp "Truth Social” platformasındakı paylaşımında İranın atəşkəsi pozduğunu bildirib və Vaşinqtonun daha sərt addımlar ata biləcəyini istisna etməyib.

Tehran Küveyt və Bəhreyndəki ABŞ obyektlərini hədəfə aldığını açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Küveytdəki Əli əl-Salem aviabazasına və Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasının yerləşdiyi Salman limanına raket və PUA-larla zərbələr endirdiyini bəyan edib.

SEPAH əməliyyat zamanı ABŞ-yə məxsus səkkiz mühüm infrastruktur obyektinin vurulduğunu iddia edib və atəşkəsin pozulacağı halda cavabın daha sərt olacağı barədə xəbərdarlıq edib.

Küveyt hava hücumundan müdafiə sistemlərini işə salıb

Küveyt Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və PUA hücumlarını dəf etdiyini bildirib. Nazirlik partlayış səslərinin düşmən hədəflərinin zərərsizləşdirilməsi ilə bağlı olduğunu açıqlayıb və əhalini rəsmi təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Atəşkəsin taleyi sual altındadır

Qarşılıqlı hücumlar Körfəz regionunda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Tərəflərin bir-birini atəşkəsi pozmaqda ittiham etməsi Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və enerji bazarları ilə bağlı riskləri artırır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyun 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri