Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

Milla adını dəyişir

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

Fələstinli qız Türkiyədə müalicə olunacaq

Atəşkəsə gedən yol...

Atəşkəsə gedən yol...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın zamanda ABŞ ilə Ukrayna arasında mühüm sazişin imzalanması gözlənilir. Artıq Vaşinqton Ukraynadan öz istədiyini qoparmağı bacardı. Belə ki, aprelin 18-də ABŞ və Ukrayna nümayəndələri yeraltı sərvətlərin istismarına dair saziş bağlamaq niyyətlərini göstərən memorandum imzalayıblar. Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko yerli KİV-lərə açıqlamasında qeyd edib ki, hər iki ölkə Ukraynanın genişmiqyaslı bərpasına yönələn İnvestisiya Fondunun əsasının qoyulması istiqamətində işlərə başlayıb. Onun sözlərinə görə, müvafiq saziş əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar yaradacaq. Qeyd edək ki, memorandumu Yuliya Sviridenko və ABŞ-ın maliyyə naziri Skott Bessent imzalayıb. Hazırda ABŞ və Ukraynanın texniki qrupları imzalanması gözlənilən sazişin üzərində işləyirlər.

Saziş Ukraynanın maraqlarına uyğundur?

Xatırladaq ki, bu ilin fevralında Vaşinqton Ukraynada yeraltı mineral ehtiyatların istismarı üçün onun nəzarəti altında olan İnvestisiya Fondu yaratmağı təklif edib. Təbii ki, Tramp administrasiyası belə bir təklifi Ukraynanın ABŞ-a olan 350 milyard dəyərində borcunu rahat şəkildə ödəmək müqabilində irəli sürüb. Ağ Evin təklifinə görə, rəsmi Kiyev mineral ehtiyatların istismarından əldə ediləcək gəlirlərin üçdə ikisini fonda verməlidir. Fondun həcmi isə 500 milyard dollar civarındadır. Ekspertlər hesab edirlər ki, fondun büdcəsinə yığılacaq vəsait həm Ukraynanın yenidən qurulmasına, həm də Kiyevin ABŞ-a borcunun ödənilməsinə sərf olunacaq. Eyni zamanda fond ilə bağlı saziş əsasən kommersiya xarakteri daşıyır. Bir müddət bu saziş üzrə danışıqlar dalana dirənsə də, aprelin əvvəlində yenidən intensivləşib. “New York Times” -ın məlumatına görə, artıq danışıqlar yekunlaşmaq üzrədir.  Bu arada Vaşinqton Ukraynanın dövlət borcunu 300 milyarddan 100 milyard dollaradək azaltmağa razılaşıb.

Əgər saziş imzalanarsa, bu, atəşkəsə nə dərəcədə təsir göstərəcək?

Ən maraqlısı isə budur ki, sənədin yeni layihəsində Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir qeyd yoxdur. Belə bir halda Ukraynada yaxın aylarda atəşkəsin elan olunub-olunmayacağı sual altındadır. Amma bəzi ekspertlər bunun atəşkəsin təmin olunmasına aparan müvafiq yol olduğunu vurğulayırlar.  Politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində məsələ ilə bağlı fikirlərini bölüşüb - o, qeyd edib ki, ABŞ ilə Ukrayna arasında mineral ehtiyatlarla bağlı sazişin imzalanacağı təqdirdə bir müddət sonra atəşkəsin elan olunması mümkün görünəcək. “Nəzərə almaq lazımdır ki, Ukrayna  ABŞ-ın təzyiqləri və basqıları fonunda bu sazişə razılıq verib. Doğrusunu desək, Vaşinqton Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirmək üçün belə bir addımı atıb. O ki qaldı sazişin imzalanmasının yaxın zamanda atəşkəsə yol açıb-açmayacağına, qeyd edim ki, bu, atəşkəsə müsbət təsir göstərəcək. Çünki Vaşinqton qətiyyən istəməz ki, onun investisiya yatıracağı ölkədə müharibə davam etsin. Ukraynada ABŞ şirkətlərinin və investorlarının fəaliyyət göstərəcəyi müddətdə Rusiyanın bu ölkəyə hücum əməliyyatları qeyri-mümkün olacaq. Rusiya buna cəhd etməyəcək. Moskva bunu çox yaxşı başa düşür. Hesab edirəm ki, əgər sazişin imzalanması baş tutacaqsa, Rusiya ilə Ukrayna arasında qısa bir zamanda atəşkəs elan olunacaq. Bu da öz növbəsində münaqişənin uzunmüddətli dondurulmasına gətirib çıxaracaq”.

Tramp Rusiyanı atəşkəsə razı salmaq üçün sərt taktikalara əl ata bilər?

T.İsmayılov vurğulayıb ki, hazırda atəşkəs Moskvanın özünə də sərf edir. “Bu müharibə Ukrayna üçün çox ağır dağıdıcı nəticələrə səbəb olub. Amma eyni zamanda Rusiya da xeyli canlı, hərbi texnika və maliyyə itkilərinə məruz qalıb. Bu baxımdan Moskva da atəşkəsə razıdır. Əlbəttə, Kremlin qısa müddət ərzində atəşkəsə razı olacağı inandırıcı görünmür. Çünki Moskva Kiyevin onun diktə etdiyi şərtlər əsasında atəşkəs sazişinin imzalanmasını istəyir. Sözsüz ki,  Rusiya rəhbərliyi atəşkəsə razı olmazsa, ABŞ-Rusiya münasibətlərində yenidən gərginlik yaranacaq. Amma bir məqama da diqqət yetirmək lazımdır ki, Tramp administrasiyasının Rusiya ilə danışıqlar aparmaq imkanları kifayət qədərdir. Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası dövründə Vaşinqton Moskva ilə danışıqları davam etdirəcək. Moskva atəşkəsə razılıq verməsə belə, Rusiya ilə ABŞ arasında ciddi qarşıdurma baş verməyəcək”.

Yunis ABDULLAYEV 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see649

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see353

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see242

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see240

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see226

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see222

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see222

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see221

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see220

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see218

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see216

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see216

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see213

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see191

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see173

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

01 Oktyabr 2026 10:41see173

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see168

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see164

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see161

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri