Icma.az
close
up
RU
ATƏT in Minsk qrupunun aqibəti fəaliyyətsiz olan digər beynəlxalq təşkilatlar üçün də siqnal olmalıdır

ATƏT in Minsk qrupunun aqibəti fəaliyyətsiz olan digər beynəlxalq təşkilatlar üçün də siqnal olmalıdır

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Azərbaycan hərb cəbhəsində əldə edtiyi uğurları diplomatiya sahəsində davam etdirir. Üçtərəfli formatda keçirilən Vaşinqton görüşü və əldə edilən razılaşmadan sonra ATƏT-in Minsk Qrupunun rəsmi olaraq tam şəkildə ləğv edilməsi Bakının daha bir diplomatik uğurudur”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, nəinki İkinci Qarabağ Müharibəsindən sonra, eləcə də ondan əvvəl adıçəkilən qurum faktiki olaraq fəaliyyətsiz və funksional olmayan bir quruma çevrilmişdi:
“Bu, xüsusilə 2020-ci il 44 günlük Vətən müharibəsi və onun nəticələrindən sonra daha da aydın görünməyə başladı. Çünki ATƏT-in Minsk qrupunun görməli olduğu işi Azərbaycan təkbaşına reallaşdırmışdı. Bu baxımdan rəsmi Bakı haqlı olaraq bəyan etdi ki, münaqişə artıq həll olunub, bu səbəbdən Minsk Qrupuna ehtiyac qalmayıb”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də dəfələrlə Minsk Qrupunun artıq dəfn edildiyini və onun ölü bir format olduğunu bildirib:
“Nəticə artıq göz qabağındadır və Minsk qrupu da Azərbaycan liderinin və onun hərbi, siyasi. Diplomatik səyləri nəticəsində separatizm kimi arxivə qovuşdu. ATƏT-in Minsk qrupunun faktiki olaraq fəaliyyətini dayandırması və beynəlxalq gündəmdən çıxması, haqlı olaraq Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilir”.
İlham Məmmədov tarixə nəzər salaraq deyib ki, 1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun 30 ilə yaxın fəaliyyəti nəticə vermədi:
“İşğal faktoru olduğu halda, qrup balanslı mövqe saxlayaraq işğalçını açıq şəkildə qınamadı. Bu da Azərbaycan ictimaiyyəti və siyasi dairələri tərəfindən ciddi narazılıqla qarşılanırdı. Təəssüf ki, qarşı tərəf nə üzərinə götürdüyü missiyanın ciddiliyini nəzərə alır, nə də Azərbaycan dövləti və cəmiyyətinin eturazlarına məhəl qoyurdu. Artıq nəticə göz qabağındadır. Cənab Prezidentin təbirincə desək ATƏT-in Minsk qrupu da gorbagor oldu”.
İlham Məmmədov hesab edir ki, ATƏT-in Minsk qrupunun aqibəti bu gün dünyada mövcud olan, lakin heç bir fəaliyyətləri ilə diqqət çəkməyən digər beynəlxalq təşkilat və qurumlar üçün də siqnal olmalıdır.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri