Icma.az
close
up
RU
Atılmış qız sindromu...

Atılmış qız sindromu...

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Onun səsinə, iyinə, nəfəsinə, sığalına elə öyrəşmişdin.

Düşünürdün ki, onun üçün çox vacibsən və heç vaxt ayrılmayacaqsız. Amma bir gün səbəbini demədən belə, səni atdı. Bu halla qızların çoxu rastlaşır. Onlar atılmış qız sindromunu yaşayırlar. Bəziləri ürəyini, bəziləri isə özünü öldürür.

Oğlan qızı niyə atır?

Psixiatr Elşən Mustafayev bildirir ki, bütün insanlar ayrılanda səbəb axtarır. “Yaxşı olar ki, oğlan qızı atanda səbəbini ona aydınlaşdırsın. Əks halda qız ayrılığı çox pis keçirir. Sevən insan ömür boyu nigaran qalır və içində rahatlıq tapa bilmir”, – deyə psixiatr hissləri ilə bölüşür: “Bəzən filmlərdə oğlanın xəstə olduğu üçün qızdan ayrıldığını və bunun səbəbini ona demədiyini görürük. Həyatda da belə şeylər olur. Oğlan, sadəcə, qıza ayrılıqlarının əsl səbəbini deyə bilmir. Düzdür, cəsarətsizliyə görə də səbəbi deməyənlər olur. Elə də olur ki, oğlan, sadəcə, qıza önəm vermir. Tanışlığı əyləncə xarakteri daşıyır. Bunun üçün də özünə əziyyət vermir”.

Ayrılıq kim üçün daha çətindir?

Mustafayevin sözlərinə görə, qadın var ki, ayrılığı, doğurdan da, pis keçirir: “Depressiyaya düşür, dəlilik dərəcəsinə çatır. Özünə intihar edənlər də olur. Qadın da var ki, onun üçün bu, adi gəlir. Əgər ailəli qadının ailə daxilində həyatı yaxşı keçməyibsə, onun üçün həyat yoldaşından ayrılmaq azadlığa çıxmaq kimi bir şeydir. Əgər o, sərbəstliyə öyrəşibsə, bu, onun üçün çətin olmayacaq”.

Ümumiyyətlə, normal ailədə böyüyən ədəbli, əxlaqlı qız hansısa münasibət qurduqdan sonra ayrılanda dərd çəkir. Ona görə ki, oğlanla görüşəndə, artıq müəyyən arzularla, xəyallarla yaşayır. Təsəvvür edin, arzuları puç olanda insan özünü necə hiss edər? Sevdiyi insan bir müddət onunla sevgi macərası yaşayandan sonra “Sən mənə daha lazım deyilsən?” deyir. Və ya başqa bəhanə ilə onunla ayrılırsa, qız buna çox çətinliklə dözür. Günlərlə ağlaya, özünə qapana bilər. Elə qızlar olur ki, atıldıqdan sonra heç bir oğlana inana bilmirlər. Gələcəkdə kimləsə münasibət yaşayanda problemlər yaşayırlar. Həqiqi sevgiyə belə inamsız yanaşır, nə vaxtsa yenə atıla biləcəyindən qorxurlar.

Sevgilindən bir xəbər gözləyəndə…

Əgər səbəbsiz ayrılıblarsa, qız mütləq səbəbi araşdırmalıdır. Bütün cəhdlərə baxmayaraq, səbəb deyilmirsə, deməli, qarşı tərəf münasibəti bu şəkildə qurtarmağa çalışır. Bununla barışmaq və hər şeyi sıfırdan başlamaq lazımdır. Psixiatr qeyd edib ki, bəzən tərəflər küsür və barışmaq üçün birinci addım atmağa cəhd etmirlər. Onlar bir-birini gözləyirlər. Bu cür cütlüklərin gələcəyinin xoşbəxt olmasına ümid var.

Acı təcrübə

Mütəxəssisin dediyinə görə, bir sevgini unutmaq üçün başqa sevgi axtarmaq çox vaxt şəxsin yanlış hərəkətlər etməsinə gətirib çıxarır: “Atılandan sonra psixoloji travma alan qız qisas almaq və ya sadəcə, unutmaq üçün şəxsi həyatında səhvlərə yol verir. Bəzi hallarda üzüntüdən xilas olmaq üçün başqasıyla münasibət quran qız ondan dəstək gördüyü üçün onunla ailə həyatı qurmağa razılaşır. Sonradan isə seçiminin düzgün olmadığından sıxılır. Bu dəfə artıq qız ya özü oğlanı atır, ya da həyatı ilə barışır”.

Psixiatr məsləhət görür ki, atıldığını unutmaq üçün problemi gözündə kiçiltmək, onu adiləşdirmək lazımdır: “Atılmış qız yaşadığı ayrılığa təcrübə kimi baxmalıdır. Yeni ciddi münasibət də qura bilər. Ola bilsin ki, bu dəfə daha güclü sevsin və ona sonsuz kədər yaşadan insanı, nəhayət ki, unutsun. Sevdiyi işi, təhsili, səyahətə çıxmağı da ona unutmağa kömək edə bilər”.

Necə sığortalanmaq olar?

Bir xanım bir kişi ilə münasibətə başlayanda qarşıdakı insanın kim olduğunu, onun ailəsinin, dostlarının necə adam olduğunu araşdırmalıdır. Eləcə də, oğlanın münasibətə ciddi yanaşmasını qıza göstərdiyi hörmətə, diqqətə, dəvət etdiyi yerlərə görə bilmək olar. Düzdür, insanlar fərqlidir. Oğlan var ki, çayxanaya dəvət etdiyi qızla evlənir, oğlan da var ki, atır. Ona görə, dəqiq demək çətindir. Yaxşı olar ki, qadın kişini tam, heç olmasa 50 faiz tanıyana qədər yaxına buraxmasın. Ümumiyyətlə, atılmış qızların buraxdığı ən böyük səhv oğlanı tez yaxınına baraxmasıdır.

Bəzi əlamətlərinə görə də, oğlanın qıza ciddi yanaşmadığını başa düşmək olar. Ciddi fikri olan oğlan bayramlarda xanımına diqqət göstərir, tez-tez zəng edir, ona qayğı göstərir və s. Amma elə iş adamları olur ki, onların fikri ciddi olsa da, vaxt qıtlığına görə az zəng vurur və görüşür.

Əgər artıq münasibət qurmusuz və sonda atılmış qız sindromunun qurbanı olmaq istəmirsizsə, elə edin ki, oğlan sizdən bezməsin. 2 dəqiqədən bir zəng vurmaq, qısqanmaq oğlanı bezdirə bilər. Qızların oğlanlara qarşı sərt qadağalar qoyması da düzgün deyil. Məsələn, elə cütlüklər var ki, qız oğlana Facebook-a girməyə qadağa qoyur, başqa qızlarla ünsiyyət qurmağa icazə vermir. Yaxşı olar ki, xanım bir qədər laqeyd münasibət göstərsin. Belə ki, qadağalar kişini daha da maraqlandırır.

Aynurə Məmmədova

Milli.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri