“O dünyadan gələn varmı?..”
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bəzən elə insana rast gəlirsən ki, öz borcunu anlamamaq, öz vəzifəsini yerinə yetirməmək üçün az qala hər şeyi inkar edir. Halbuki, sən ona Allahın (c.c.) kəlamından danışırsan, ona ən ali həqiqətdən bəhs edirsən. O isə “O dünyadan gələn varmı?”, ya da “Öz gözünlə görmüsənmi?” kimi ən cahil fikirləri irəli sürür.
Malın zəkatı olduğu kimi, elmin də zəkatı var. İnsan Allahın bildirdiyi həqiqəti öyrənmək və başqalarına da öyrətmək istəyirsə, hər şeydən əvvəl qarşı tərəfin səviyyəsini öyrənməli, söhbətə ona görə başlamalıdır. Çünki sən nə qədər elmli olursan-ol, sənin elmin qarşı tərəfin anlaya biləcəyi qədərdir. Əslində, alimliyin bir sifəti də hər kəslə onun qəbul edə biləcəyi səviyyədə (və ya üslubda) söhbət etməkdir. Böyük alimlərdən biri bu məqam haqqında buyurur ki, öyrətmək istəyən ailm quş kimi yox, qoyun kimi olmalıdır. Çünki quş müxtəlif cücü və həşəratları daşıyıb balasının ağzına verir, balası da onu ya yeyir, ya da ağzından qaçırır. Qoyun isə yediyini südə çevirərək quzusunun mədəsinə göndərir. Yəni, alim də biliyini qarşı tərəfə ən azı bu cür verməlidir.
Düşünən insan ətrafına, gündəlik həyatına diqqət etməli, axirətə də, insanın yenidən dirildiləcəyinə də inanmalıdır. Hər qış yuxuya gedib, hər bahar oyanan ağaclar eyni həqiqətin simvolik variantı deyilmi? Yaxud da, hər kəsin gecə ölürmüş kimi yuxuya gedib, səhər doğulurmuş kimi dünyaya göz açması eyni həqiqətdən xəbər vermirmi? Ancaq nə edəsən ki, insan bəzən baxdığını görmür, gördüyünü anlamır. Hələ bu az imiş kimi, borcundan, vəzifəsindən boyun qaçırmaq üçün cilddən-cildə girir. Sənin isə dediyin söz öz sözün deyil, Allahın kəlamıdır.
Allah (c.c.) Qurani-Kərimdə insanların yenidən dirildilib məhşərə gətiriləcəyi, xeyir iş görənlərin mükafata layiq görüləcəyi, şər iş görənlərin isə cəzandırılanacağı barədə dönə-dönə buyurmurmu? Birisi bu həqiqətlərə inanmaq üçün gedib görməyi şərt qoyursa, üstəlik bu məsələdə təkid edirsə, onunla söhbəti uzatmağa dəyməz. Çünki beləsinin, Quran təbiri ilə desək, qəlbi möhürlüdür və gec-tez inanmadığı o həqiqətləri öz gözü ilə görəcək. Ancaq bir iş də var ki, onda çox gec olacaq.
Murad Məmmədov
Baxış sayı:90
Bu xəbər 29 Noyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















