Münhendə Harri Potter çılğınlığı: 10 min nəfər körpüyə axışdı, polis girişi bağladı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyanın Münhen şəhərində "Harri Potter" kitablarının və filmlərinin dünyasına həsr olunmuş Milad yarmarkasına gələnlərin çoxluğu səbəbindən polis körpüyə girişi bağlamağa məcbur olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn 10 minə yaxın fantastika həvəskarı yarmarkanın qarşısında toplaşıb.
Polisin məlumatına görə, Milad yarmarkası eyni vaxtda yalnız 500 nəfərin qəbulu üçün nəzərdə tutulub. Körpünün üzərində isə ən azı 10 min nəfər olub. İnsan axını o qədər güclü olub ki, metro stansiyalarında sakinlərə əraziyə gəlməmələri barədə xəbərdarlıq edilib.
İctimai asayişin qorunmasına 50-yə yaxın polis əməkdaşı cəlb olunub.
Qeyd edək ki, yarmarka dekabrın 6-dək davam edəcək. Burada "Harri Potter" kitablarının və filmlərinin dünyasına aid suvenirlər satılır.
Baxış sayı:38
Bu xəbər 29 Noyabr 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















