Icma.az
close
up
RU
Atlant ın illik gəlirini açıqladı MƏBLƏĞ

Atlant ın illik gəlirini açıqladı MƏBLƏĞ

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Atlant"da illik 10 milyona yaxın gəlir əldə olunur. Tahir Qədəşov həmin gəlirlərin banklardan alınmış kreditlərə yönəldiyini bildirib".

Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant" ailəvi istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adıkeçən cinayət işi üzrə proses davam edir.

Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur.

O, pulları qayınatası Tahir Qədəşova məxsus "Atlant" ailəvi istirahət mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.

İbtidai istintaq zamanı "Atlant" istirahət mərkəzinin üzərinə qoyulub. Prosesdə Tahir Qədəşovun vəkili "Atlant" istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə Tahir Qədəşovun istəyinə "yox" deyib. İş üzrə ötən proseslərdə zərərçəkmişlər "Atlant"ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb etmişdilər. Həmin vəsatət isə baxılmamış saxlanılıb. Tahir Qədəşov ötən il keçirilən proseslərdə şahid qismində iki dəfə dindirilib. Tahir Qədəşov məhkəmədə ifadə verərkən deyib ki, "Atlant" mənfəət gətirməyib, ziyanla işləyib. Lakin çıxışının davamında məlum olub ki, "Atlant"da illik 10 milyona yaxın gəlir əldə olunur. Tahir Qədəşov həmin gəlirlərin banklardan alınmış kreditlərə yönəldiyini bildirib. Nofəl Hacıyevin vəkili "Atlant"da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev ildə iki dəfə "Atlant"a gəlib-gedib. Deyib ki, Nofəl Hacıyev şərik olsaydı, "Atlant"a ildə iki dəfə deyil, daha çox gələrdi. Hakim Nofəl Hacıyevdən Tahir Qədəşovun sualına cavab verilməsini istəyib. Nofəl Hacıyev bildirib ki, "Atlant"ın təməli qoyulandan o və komandası orada olub: "Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, "Təbriz" MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları qaytarılıb. Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı? Tahir müəllim, əgər mən şərik olmamışamsa, "Atlant"da o "kotlovan"ları kim qazdırıb? 3 manata kvadratı beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib o adamlardan. Qalanları sağdır axı. Tahir müəllimlə ikimiz "Təbriz" MTK-da olmuşuq".

Nofəl Hacıyev hakimin sualına cavab olaraq deyib ki, 115 nəfərin aldadılmasında onunla bərabər Tahir Qədəşov da iştirak edib: "Başqa kim ola bilər? Bu kişi kooperativin sədri olub. Orada 3-cü şəxs iştirak etməyib".

Məhkəmədə zərərçəkənlərdən Məmmədəli İsmayılov Tahir Qədəşova sual verib. Bildirib ki, iş üzrə ona 98 min manat zərər dəyib:

- Mən 2002-ci ildən dəyirmanın yanındakı 6 mərtəbəli binada oluram. Mən 10 dəfə Nofəl Hacıyevin yanına adam aparmışam. Rusiyadan gəlib mağaza, ev almaq istəyənlər olub. Orada sizi görməmişəm. Alıb-satan, bütün işləri görən kimi Nofəl Hacıyevi tanımışam. Siz orada yaxşı pullar qazanmısınız. Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm. Necə oldu ki, qazananda siz MTK sahibi olursunuz, ziyana düşəndə Nofəl Hacıyevi qabağa verirsiniz?

Tahir Qədəşov suala cavab verməyib. Zərərçəkənlərdən biri deyib ki, Tahir Qədəşov suallara konkret cavab verməkdən yayınır. Nofəl Hacıyev deyib ki, Tahir Qədəşov "Atlant"da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, "Atlant"a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, "Atlant"ı kreditlə tikirik.

Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam. Bir neçə müqavilə araşdırılıb və zərərçəkənlərin fikirləri dinlənilib. Müttəhim Nofəl Hacıyev də fikirlərini açıqlayıb:

- Ötən dəfə Tahir müəllimə 3 sual verdim. Birincisi alınan kreditlərlə əlaqəli idi. Kreditlər götürüləndə "Atlant"da vəziyyət başqa cür idi. Materiallara borclar vardı, özünün şəxsi borcları vardı. Tahir müəllim, siz həyətdə oturduğunuz ofisi, 2200 qeyri-yaşayış sahəsini 2 milyon 300 min manata satdınız. Niyə "Accessbank"ın borcunu ödəmirdiniz? Söhbət "Təbriz", "Halal" və "Ruslan" MTK-lardan gedir. Qardaşı Mamed müəllim də orada MTK-da sədr olub. Onun 1 sənəddə imzası varsa, sorğu verin alın, mən də əlimi geri çəkirəm. Elşad baş mühasib olub orada. Ötən dəfə də tələb etdim. Qara mühasibatlığı gətirin bura. Bütün binalarda bloklar ayrı-ayrılıqda yazılıb, hər il dekabrın 31-də "otçot" eləmişik. Elşadı işdən çıxardınız. 18-ci ildən 21-ci ilə qədər olan bütün "otçot"lar kameraya düşüb. Maşın-maşın sənədləri daşıyıb apardınız. Niyə sənədləri itirmisiniz? Burada yalandan deyir ki, guya mən "Atlant"da ildə iki dəfə olmuşam. Orada 5 sürücü olub. Onlar da şahiddirlər. Oradakı işçilərdən soruşun, öyrənin ki, onlara əməkhaqqını kim paylayıb? Dəfələrlə ən müxtəlif şəxslərdən pul almışam oraya görə. Həyətdəki 2200 kvadratlıq qeyri-yaşayış sexini satıb gedib Sabunçu xəstəxanası yanında araq sexi almadın? Ayıb deyil? Mənim ailəmlə işin olmasın! Uşaqlarımı şantaj edirsən. Müraciət edirəm ki, uşaqlarımın təhlükəsizliyi təmin olunsun.

Mən bu adamdan hər şey gözləyirəm. "Təbriz" MTK-da 50 min kvadrat ev, qeyri-yaşayış sahəsinin müqaviləsinə kim qol çəkib? Təhvil-təslimi mən etmişəm. "Halal" MTK-da binanın 8-ci mərtəbəsində tikinti dayanmışdı. Mən canımı vermişəm bu işlərə. Bəzi şayiələrə, şeytan olub zəhər verənlərə inanırsınız.

"Təbriz" MTK-ya, "Halal" MTK-ya sorğu göndərilməlidir. Qoy aydınlaşsın ki, sənədlərə kim imza atıb? Möhür kimdə olub? Pullar kimdə olub? Pullar kimə verilib? Mən qara mühasibatlığı tələb edirəm! Baş mühasib bura gəlsin. 5 blok, qeyri-yayış, yaşayış, yaşayış-mansard satılıb və 15 milyon 900 min manat xalis gəlir olub. Hələ mən ən aşağı qiymətlə hesablamışam. Məndə bütün hesabatlar var. Ötən dəfə dedim, adam var 2007-ci ildə 1 milyon manatlıq armatur verib, 2012-yə qədər pulunu ödəyə bilmədim. Ona evlər verdim, evlər də gəlib bu vəziyyətə düşdü. Mənim armatur, beton əvəzi verdiyim evləri siz götürüb satmısınız! 3-cü blokda 1500 kvadrat qeyri-yaşayış saxlamışdım bu borc-xərci ödəmək üçün. Kimə satdınız onu? Ora kimin imzası ilə məndən xəbərsiz satılıb? Suallarım çoxdur. "Bərəkətli" MMC-nin 8 hektar torpağı var. Oranı kim və neçənci ildə özəlləşdirib? "Bərəkətli" MMC-nin direktoru mən ola-ola oranı 3 milyona kimin imzası ilə satmısan? 10 dəfə adam gətirdim, yalvardım ki, sataq, borcları bağlayaq. Dedin ki, ora mənim cavanlığımdır, oranı sata bilmərəm, ora qalacaq. Özəlləşdirəndən sona oradakı parnikləri, quş damlarını yerlə-bir etdilər. Ramanada yerləşirdi. "Aynur" MMC-nin 5 hektarını satdınız. Borcdan 1 manat ödədiniz?

"Təbriz" MTK-da rəsmi şərik olmuşuq. Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim "Təbriz", "Halal" və "Ruslan" MTK-lardakı payıma düşən pulu verin, mən də bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! İnsan alveri idarəsinə sizə görə dəfələrlə getmişəm. Niyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var. Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, "Atlant" da qalacaq. Siz isə qərəzçiliyə keçdiniz.

Mənim isə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları oraya çıxarın. "Təbriz"in, "Halal"ın pulları "Atlant"dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər.

Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayətə bu adam sürükləyib. Qeyd edək ki, hazırda "Atlant" ailəvi istirahət mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev "Təbriz" MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm "Təbriz" MTK-da, həm də "Atlant" ailəvi istirahət mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan "Təbriz" MTK üzərindən alınan pullar "Atlant" ailəvi istirahət mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla "Təbriz" MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib.

Zərərçəkənlər isə "Atlant" istirahət mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti "Atlant"da təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, "Atlant"ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə "Təbriz" MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.

"Atlant" ailəvi istirahət mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. "Atlant" istirahət mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Aprel 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see184

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see125

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see121

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see120

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Maskın təklifi

08 İyun 2025 04:23see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see113

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see113

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

İsveçdə dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə 8 aylıq həbs cəzası verildi

08 İyun 2025 04:31see112

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see111

Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI

08 İyun 2025 07:31see111

NASA və Pentaqon “SpaceX” raketlərinə alternativ tapmağa çalışır

08 İyun 2025 02:19see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri