Tramp Putini Avropada hərbi təcavüzü dayandırmağa çağırıb
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Çində rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı onu Avropada "hərbi təcavüzü" dayandırmağa çağırdığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, o, görüş zamanı Moskva ilə Kiyev arasında tezliklə sülh razılaşmasının əldə olunacağına da ümidvar olduğunu bildirib.
"Çində... Putinlə söhbətlərim zamanı Avropanın müxtəlif ərazilərinə qarşı bütün hərbi təcavüzün dayandırılmasını istədiyimi dedim. Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında razılaşma əldə etmək mümkün olacaq və bu, tezliklə baş verəcək", - ABŞ lideri qeyd edib.
Tramp razılaşmanın əldə olunmasını tamamilə real perspektiv hesab edir: "Həqiqətən inanıram ki, bu, tamamilə real imkandır - hər ay minlərlə insan həlak olur, əsl qanlı qırğın - və bu (sülh razılaşması - red.) hamı üçün böyük bir nailiyyət olacaq!".
ABŞ Prezidenti həmçinin bildirib ki, ötən axşam Mar-a-Laqo iqamətgahında NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb. Onun sözlərinə görə, görüş zamanı o, alyans rəhbərinə Putinlə danışıqları barədə də məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Noyabr 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















