Tanınmış futbolçu qəzaya düşdü
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın “Deportivo” futbol klubunun qabonlu hücumçusu Pyer-Emerik Obameyanq komandanın məşqinə gedərkən avtomobil qəzası keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Mundo Deportivo" qəzeti məlumat yayıb.
Futbolçunun idarə etdiyi avtomobil başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Obameyanq məşq meydançasına çataraq komanda ilə birlikdə məşq edib. Daha sonra mətbuat konfransında qəza ilə bağlı danışıb.
Futbolçu mətbuat konfransında hadisəni “kiçik bir qorxu” kimi xarakterizə edib.
“Biz yaxşıyıq, həyatda belə hadisələr baş verir. Ən əsası odur ki, digər sürücü də yaxşıdır. Pis hadisədən sonra yaxşı günlər gəlir”, - deyə Obameyanq bildirib.
37 yaşlı hücumçu cari mövsümdə 10 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Obameyanq karyerası ərzində Fransanın “Lill”, “Sent-Etyen” və “Marsel”, İtaliyanın “Monako” və “Milan”, Almaniyanın “Borussiya” (Dortmund), İngiltərənin “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona” klublarında çıxış edib.
Baxış sayı:78
Bu xəbər 26 Noyabr 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















