Atletik in baş məşqçisi: Heç vaxt belə söz deməmişəm
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ" çox yaxşı komandadır". Sport24.az bunu İspaniya təmsilçisi "Atletik"in baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunundan əvvəl fikirlərini bölüşüb:
"Qarabağ" İspaniyaya 6 xalla gəlir. Bu da rəqibin yaxşı səviyyədə olmasından xəbər verir. Təbii ki, məqsədimiz onları məğlub etməkdir. Bütün oyunlar bizim üçün vacibdir. Sabit komandayıq və düşüncəmiz qarşılaşmanı qalib bitirməkdir. Bizi çətin matç gözləyir. "Qarabağ" çox yaxşı komandadır".
O, bir müddət əvvəl mətbuatda tirajlanan "Qarabağ"a 9 qol vurmaq istəyirik" sözlərinə də aydınlıq gətirib:
"Heç vaxt belə söz deməmişəm. Bu, sadəcə, hədsizlik olardı. Qələbə qazanmaq istədiyimiz doğrudur. 1:0 hesabı ilə də qalib gəlsək, yaxşıdır".
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Oktyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















