Icma.az
close
up
RU
Atmosferi çirkləndirən, ekoloji tarazlığı pozan müstəmləkəçi Fransa COP29a dəstək deyil, əngəl olur

Atmosferi çirkləndirən, ekoloji tarazlığı pozan müstəmləkəçi Fransa COP29a dəstək deyil, əngəl olur

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl prezident İlham Əliyev COP29 iqlim konfransında çıxışını Fransa və Hollandiyanın kolonial siyasətinin təhlilinə həsr edib. Kiçik ada dövlətlərinə həsr olunmuş sessiyada prezident iştirakçılara Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışıb. Qeyd edib ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Prezident buna misal olaraq, Fransanın Əlcəzair əhalisini necə məhv etdiyini və sərvətlərini talan etdiyini göstərib.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, COP29-u boykot etmək istəyən dövlətlər var. Politoloqun fikrincə, 80-dən artıq dövlət başçısının iştirakı özlüyündə bir uğurdur və onlar COP29-un yüksək səviyyədə keçirildiyini qeyd edirlər.

Samir Hümbətov

“Bəzi dövlət və hökumət başçıları müəyyən səbəblərdən iştirak edə bilmirlər. Amma, açıq şəkildə müxtəlif bəhanələr gətirməyə çalışdılar. Bunların içərisində Fransa, Niderland və digər dövlətlərin nümayəndələri var. Onların məqsədi bizə bəllidir və təkcə bizə deyil, eyni zamanda beynəlxalq ictimaiyyətə də bəllidir. Burada 2 məsələ var. Bütün dünyanın ekoloji tarazlığının pozulması arxasında duran belə dövlətlərdir. Çünki, onlar öz iqtisadiyyatlarını inkişaf etdirirlərsə, bu inkişafın nəticəsində də ekosistem pozulur. Təbii ki, Fransa 70 faiz elektrik enerjisini məhz atom elektrik stansiyaları hesabına alır. Bu da ciddi şəkildə atmosferdə tullantıların yaranmasına gətirib çıxarır”-deyən politoloq hesab edir ki, belə bir vəziyyətdə Fransa hansı ekoloji tarazlıqdan danışsın, COP29-a necə maraq göstərsin?

Samir Hümbətov bildirib ki, Fransanın əsas gəlirləri məhz atom elektrik stansiyalarının üzərində qurulub.

“İndiki halda biz bunu Fransadan gözləməyək. Gözləməyin də bir anlamı yoxdur. Çünki, beynəlxalq hüquqdan danışan və digər tərəfdən beynəlxalq hüququ pozan onlardır. Eləcə də digər ölkələr... İqlimin sağlamlaşdırılması üçün bir fond var, təqribən 1.2 trilyon dollar büdcələri var. Ekoloji tarazlığın qorunub sağlanması həyata keçirilir”-deyən politoloqun fikrincə, pul liderlər səviyyəsində ayrılmalıdır, hansısa nazir pul ayıra bilməz və ya heç iştirak etməyən dövlət ayıra bilməz: “Burada məqsəd bəllidir. Müstəmləkə siyasəti yürüdürdülər. İndi artıq o müstəmləkə siyasətini yürüdə bilmirlər. Onlara “dur” deyən bir dövlət çıxıb. Belə olanda da təbii ki, həmin dövləti qəbul etmək istəmirlər. Müxtəlif bəhanələrlə, qarayaxmalarla siyasət hərəkətə keçirirlər. Azərbaycan dövlətinin nümayiş etdirdiyi mövqe Qərb dövlətləri üçün qəbul edilməz hesab olunur”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri