Icma.az
close
up
RU
Ombudsman Özbəkistanda səfərdə olub

Ombudsman Özbəkistanda səfərdə olub

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Daşkənd şəhərində "Rəqəmsal transformasiya kontekstində insan hüquqları: müasir yanaşmalar" mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Qurumdan SİA-ya verilən məlumata görə, konfransda "Rəqəmsal dünyada qadın hüquqları və gender bərabərliyi: müdafiə və imkanlar" mövzusunda panel sessiyada çıxışı edən Səbinə Əliyeva ombudsman və milli insan hüquqları təsisatlarının süni intellektin təhlükəsiz və insan hüquqlarına uyğun şəkildə tətbiqinin təşviqində mühüm rol oynadığını bildirib, rəqəmsal mühitdə qadınların hüquqlarının qorunması və təhlükəsiz rəqəmsal məkanın yaradılmasının dövlətlər üçün əsas prioritetlərdən biri kimi müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Ombudsman informasiya texnologiyaları sahəsindəki inkişafın qadınların təhsilə, sahibkarlığa, dövlət xidmətlərinə çıxışını xeyli genişləndirdiyini vurğulayıb. O, rəqəmsal platformaların xüsusilə sosial və ya fiziki məhdudiyyətlərlə üzləşən qadınların ictimai həyatda fəal iştirakı və özünəinamının artırılması üçün vacib bir vasitəyə çevrildiyini qeyd edib.

Müvəkkil son illərdə ölkəmizdə aparılan islahatların rəqəmsal inkişafın təmininə və innovativ idarəetməyə əhəmiyyətli töhfələr verdiyini qeyd edib. O, son dövrdə qəbul olunmuş strateji sənədlərin süni intellektin təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına uyğun istifadəsinin təşviqini hədəflədiyini bildirib.

Ombudsman qadınların rəqəmsal mühitdə özlərini təhlükəsiz hiss etmələrini təmin edən etibarlı hüquqi və institusional mühitin yaradılmasının, süni intellekt və digər innovativ texnologiyaların inkişafına və tətbiqinə gender bərabərliyi prinsipinin inteqrasiyasının, milli insan hüquqları təsisatlarının bu istiqamətdə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müvəkkil konfrans çərçivəsində "Qərar qəbuletmədə qadın liderliyi" mövzusunda tədbirdə də iştirak edib. Həmin tədbirdə çıxışı zamanı Ombudsman qadınların qərar qəbuletmə proseslərində bərabər iştirakı üçün real imkanların yaradılmasının əhəmiyyətini vurğulayıb. O, qadınların qərar qəbuletmə prosesinə fərqli təcrübə və perspektivlər gətirməklə daha inklüziv və insan mərkəzli idarəetməyə töhfə verə biləcəklərini qeyd edib.

Səfər çərçivəsində, həmçinin Ombudsman Səbinə Əliyeva Özbəkistan Respublikası Ali Məclisinin Senatında, Ali Məclisin Qanunvericilik Palatasında və Konstitusiya Məhkəməsində rəsmi görüşlər keçirib. Görüşlər zamanı insan hüquq və azadlıqlarının müdafiəsi və qanunun aliliyinin təmin olunması istiqamətində ombudsman təsisatları ilə parlament və məhkəmə institutları arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Özbəkistanın dostluq və əməkaşlıq münasibətlərinin insan hüquqları sahəsində də uğurla davam etdirildiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Avqust 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri