“ETSN də bir gün” layihəsi çərçivəsində məktəblilər üçün maarifləndirici görüş keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən uşaqlarda ekoloji biliklərin artırılması, ətraf mühitin qorunmasına məsuliyyətli yanaşmanın formalaşdırılması və təbiətin mühafizəsi sahəsinə marağın gücləndirilməsi məqsədilə həyata keçirilən “ETSN-də bir gün” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyinin üzvü olan 12–15 yaşarası məktəblilər iştirak ediblər.
Tədbir zamanı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova iştirakçılara hidrometeoroloji müşahidələrin təşkili, məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesini izah edib, küləyin sürətini ölçmək üçün istifadə olunan meteoroloji ölçmə cihazları haqqında məlumat verib, görünüş məsafəsinin ölçülməsini əyani olaraq göstərib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov tərəfindən ətraf mühitin qorunmasında rəqəmsal texnologiyaların rolu, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda uşaqlara simvolik hədiyyələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Dekabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















