Attestasiyadan keçməyən 20 dən çox musiqi müəlliminin əmək müqaviləsinə xitam verilməyəcək
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Attestasiyadan keçə bilməyən 20-dən çox musiqi müəlliminin müəyyən səbəblərə görə əmək müqaviləsinə xitam verilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə (hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin) 20-dən çox müəllimin əmək müqaviləsinə xitam verilməyəcək.
Məlumata görə, imtahandan keçə bilməyən təhsilverənlərin musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ var.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiya prosesi davam edir. 2025-2026-cı illərdə bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 01 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















